"Tariflərin şişirdilməsi yüklərin ölkədən qaçmasına şərait yaradır" - Cavid Qurbanov

cavid"Bəzi qiymətlər düzgün təyin olunmur, düzgün tənzimlənmir və nəticədə monopoliya yaradılır"

"Tarifləri əsasən bazar müəyyənləşdirir. Dövlət bazarda tarifləri nəzarətdə saxlamalıdır".

"APA-Economics"in xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Ölkə başçısı da bununla bağlı müvafiq bəyanatla çıxış edib. Tariflərin şişirdilməsi yüklərin buradan qaçmasına şərait yaradır. Söhbət tariflərdə güzəşt edilməsindən getmir. Sadəcə nəzərə almaq lazımdır ki, bəzi qiymətlər düzgün təyin olunmur, düzgün tənzimlənmir və nəticədə monopoliya yaradılır. O monopoliyalar da yüklərin Azərbaycandan qaçmasına şərait yaradır", - deyə C. Qurbanov bildirib.

Onun sözlərinə görə, bu səbəbdən, tariflərin tənzimlənməsi üçün prezident müvafiq tapşırıqlarını verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar