14 rayonda ciddi tədbirlərə ehtiyac var - Mikayıl Cabbarov

Azərbaycanda məzunlarının yarıdan çoxu buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alan 14 rayonda ciddi tədbirlərin və xüsusi proqramların icrasına ehtiyac var.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən iclasında çıxış edərkən deyib.

Nazir qeyd edib ki, son 3 ildə icbari təhsilin keyfiyyəti davamlı olaraq yaxşılaşır. 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunların sayı 50 faizdən 64 faizədək artmışdır. Bununla belə, 14 rayonda hələ də məzunların yarıdan çoxu buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət almışdır. Bu bölgələrdə ciddi tədbirlərə və xüsusi proqramlara ehtiyac vardır.

M.Cabbarov əlavə edib ki, ilk dəfə ötən tədris ilində XI siniflərin buraxılış imtahanlara xarici dil əlavə olunmuşdur: “Bu qərar nəticəsində gənclərimizin xarici dillərə yiyələnməsi yaxşılaşacaq, müasir elmi və texniki nailiyyətlərə çıxışı asanlaşacaq, ölkədə iqtisadi məhsuldarlıq artacaq və innovasiyaların geniş tətbiqinə nail olunacaqdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar