Əhməd Şahidov növbəti görüşlərini keçirib - Qaxda böyük seçki çəkişməsi (Foto, Video)

112 Saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Əhməd Şahidov rayonda yaşayan müharibə veteranları və şəhid ailələri ilə görüş keçirib. Yüzə yaxın insanın iştirak etdiyi görüşdə çıxış edən deputatlığa namizəd müharibə iştirakçıları və şəhid ailələrinin sosial təminatı barədə danışıb və qaxlıların qayğıları ilə maraqlanıb.

Əhməd Şahidovla görüşə böyük maraq göstərən qaxlılar öz qayğıları ilə bağlı deputatlığa namizədə müraciət edib və seçkilərdə ona səs verəcəyini bildiriblər.

Qeyd edək ki, 112 saylı Qax Seçki Dairəsi mübarizənin ən gərgin keçdiyi dairələrdəndir. Burda yarış əsasən 3 namizəd arasında gedir. Əhməd Şahidov da fovoritlərdən biridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar