"Böhranın 3-cü dalğası gəlir"

Dünyada ən iri investisiya banklarından biri olan Goldman Sachs-ın analitikləri, ABŞ-da daşınmaz əmlak və investisiya banklarının çökməsi ilə 7 il əvvəl başlayan maliyyə fəlakətinin üçüncü mərhələsinə girdiyini bildirib.

Goldman Sachs-ın analitiklərinə görə, sözügedən dalğa, əmtəə qiymətlərinin minimum səviyyələrə enməsi, Çin və digər inkişaf edən bazar iqtisadiyyatlarında inkişafın ləngiməsi və inflyasiyanın qlobal olaraq aşağı düşməsilə xarakterizə olunur.

"Marja" Business Insider-a istinadən xəbər verir ki, mərkəzi banklar, borclar ilə bağlı olaraq yaranan ilk iki böhrana cavab olaraq faiz dərəcələrini aşağı salmağa yönəldilər və bu vəziyyət investorları gəlir əldə etmək üçün Çin və inkişaf edən bazarlara borc verməyə təşviq etdi. Son vaxtlar faizlərin yüksəldiləcəyi siqnalının verməsi ilə, banklar çıxışa yönəlir və ya investorlar xam maddələrə sərmayə yatırmaqdan çəkinirlər. Sözügedən amillər inkişaf etməkdə olan iqtisadiyyatların taleyinə təsir göstərə bilər.

Qeyd edək ki, bu ilin sonuna qədər ABŞ Mərkəzi Bankı Fed-in faizləri artıracağı gözlənilir. Faizlərin artırılması ilə dollar bahalaşa bilər ki, bu da investorlar üçün cəlbedicidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar