Yağışlı, küləkli hava davam edəcək – Sabahın havası

yagis-kuley-rain-vind (1)Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir yağış yağacaq. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın temperaturu gecə 12-14 dərəcə, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 9-14, gündüz 14-19 dərəcə, dağlıq rayonlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Oktyabrın 14-15 də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoloji amillərin zəif və mülayim tərəddüdü meteoloji insanlar üçün əsasən əlverişlidir.

Qeyri-sabit hava şəraiti oktyabrın 17-dək davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar