"Xarici mənfi təsirlərin azaldılması üçün tədbirlər görülüb" - Samir Şərifov

"Azərbaycanın qonşu ölkələrində, xüsusilə Rusiyada baş verən tənəzzül Müstəqil Dövlətlər Birliyi ölkələrinə də təsir edib".

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirib: “Cari ildə Azərbaycan iqtisadiyyatı 3,7% artıb. Həmin dövrdə qeyri-neft sektorunda 6,4% artım qeydə alınıb. Ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin azaldılması üçün büdcə-fiskal tədbirləri görülüb".

S. Şərifov qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub ki, bu da 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır. 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək.

"2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək. 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1 mlrd. 590 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 3,8% səviyyəsində olacaq", - deyə nazir qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar