Şeyx dindarları seçkilərdə fəal iştirak etməyə çağırdı

trend_allahshukur_pashazade_albom"Azərbaycan dindarları vətəndaşlıq borclarını yerinə yetirərək, Milli Məclisə seçkilərdə fəal iştirak etməli, bəyəndikləri namizədə səs verməlidirlər".

"Report"un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayı ilə bağlı keçirilən tədbirdə deyib.

QMİ sədri hazırda dünyada gedən mürəkkəb proseslər - iqtisadi böhran, siyasi gərginliklər, mənəvi aşınmalar barədə fikirlərini bölüşüb, dindən, müqəddəs İslam adından sui-istifadə edilərək, terror və işğalların həyata keçirilməsinin fəsadlarından danışıb: "Yalnız daxili vəhdətimizi qorumaqla, milli-mənəvi birliyimizi daha da möhkəmləndirməklə, Vətənimizin maraq və mənafelərinə sadiq olmaqla biz bu bəlalardan qoruna bilərik".

Qeyd edək ki, tədbirdə Ankara şəhərində baş vermiş terror zamanı şəhid olanların xatirəsini anılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar