"İlin əvvəlindən banklar 110 minə yaxın krediti restrukturizasiya edib" - Elman Rüstəmov

"Banklar uzanma müddətində faiz dərəcələrini azaldır, bəzi banklar isə faiz almırlar"

"Azərbaycan Mərkəzi Bankı kreditlərin keyfiyyətinin qorunması, həm də borcalanların maliyyə yükünün tənzimlənməsi üçün səlahiyyətləri çərçivəsində tədbirlər görür".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmovun sözlərinə görə, AMB-nin tövsiyəsi ilə banklar ilin əvvəlindən ümumi məbləği 600 mln. manat həcmində 110 minə yaxın krediti yenidən strukturlaşdırıb: "Restrukturizasiya əhalinin borc yükünün yumşaldılmasına xidmət edir. Banklar uzanma müddətində faiz dərəcələrini azaldır. Hətta bəzi uzanma dövründə bəzi banklar faiz almırlar".

E. Rüstəmov bankları bu prosesdə daha fəal olmağa çağırıb. AMB rəhbəri vurğulayıb ki, belə maliyyə konsensusu həm əhalinin, həm də bankların maraqları arasında optimal bir balansı tapmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar