Rusiya səfirliyi minaatan atəşinə məruz qalıb

Rusiya Federasiyasının Suriyanın paytaxtı Dəməşq şəhərindəki səfirliyi atəşə məruz qalıb.

APA-nın RBK-ya istinadən yaydığı xəbərə görə, bu barədə Rusiyanın Suriyadakı diplomatik missiyasının birinci katibi Eduard Qurbanov məlumat verib. E. Qurbanov bildirib ki, səfirliyin ərazisinə iki minaatan mərmisi düşüb, hadisə nəticəsində xəsarət alan olmayıb. Diplomat hadisə baş verərkən səfirliyin qarşısında Rusiyanın addımlarına dəstək aksiyasının keçirildiyini söyləyib.

Şahidlərdən biri mərminin dəstək aksiyası keçirilən əraziyə düşdüyünü söyləyib. Bundan sonra iştirakçılar dağılışıb.

“Associated Press” agentliyi Rusiya səfirliyinin suriyalı müxaliflər tərəfindən atəşə tutulduğunu xəbər verib.

Xatırladaq ki, Rusiyanın Suriyada hava əməliyyatlarına başlamasından etibarən suriyalı müxalifətçilər dəfələrlə Moskvanı onların mövqelərinə aviazərbələr endirməkdə ittiham edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar