Putin Obamanın “hə”sini almaq üçün Medvedevi göndərir

Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” VIII investisiya forumunda Suriya münaqişəsinin həllinə toxunub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Suriya münaqişəsinin həlli üçün ABŞ-la danışıqlara baş nazir Dmitri Medvedevin başçılıq etdiyi nümayəndə heyətini göndərməyə hazırdır. O bu təklifə rəğmən Ağ Evin cavab vermədiyini vurğulayıb:

“Biz ən yüksək siyasi səviyyədə ikitərəfli görüş keçirməyi təklif etdik. Vaşinqtona ən geniş heyəti göndərməyə hazır olsam da, hələ ki cavab verilməyib. Baş nazir Dmitri Medvedev, Baş Qərargah rəisinin müavini, xüsusi xidmət orqanlarının nümayəndələri və digərləri bu heyətin tərkibində ola bilərdi”.

Vladimir Putin Moskvanın Suriya münaqişəsində liderliyə iddialı olmadığını deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar