"İŞİD"-in "canlı bomba"ları: Siyahıda azərbaycanlı qadın da var - FOTO

Türkiyədə törədilən 10 oktyabr terrorundan sonra uzun müddətdir axtarılan "İslam dövləti" (İŞİD) qruplaşmasının 21 üzvünün adı yenidən gündəmə gəlib.

Ankarada gerçəkləşdirilən və 97 nəfərin ölümü ilə nəticələnən bombalı hücumun ardından diqqətlər 21 yaraqlının siyahısına yönəlib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, 6-sı qadın olan və “canlı bomba” kimi hərəkəti edə biləcək terrorçuların siyahısında 1 azərbaycanlı da var. Bu, Türkiyədə axtarışa verilən Ülkər Məmmədovadır.

Kəşfiyyat xidmətinin məlumatında qeyd edilir ki, “canlı bomba” kimi hərəkət edə biləcək 21 terrorçu üçün təhlükəsizlik qüvvələri axtarışları gücləndirib.

Özlərini partlatmaqla terror aktı törədəcəyi ehtimal edilən terrorçular bunlardır:

Mustafa Dokumacı, Kasım Dere, Mehmet Mustafa Çevik, Yunus Emre Alagöz, Salih Küçüktaş, Mahmut Gazi Dündar, Ömer Deniz Dündar, Muhammet Zana Alkan, Mehmet Taşar, Mehmet Işık, Ersel Ocak, Ayşenur İnci, Demet Taşar, Merve Dündar, Ülkər Məmmədova, Recep Yaman, Hacı Yusuf Kızılbay, Mahmut Gazi Tatar, Kadir Gözükara, Fatma Kendah, Valentina Slabodjanjuk.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar