Rauf Mirqədirovun işi üzrə istintaq yekunlaşıb

rauf_mirq_edirov_11Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Vəkil Fuad Ağayevin Lent.az-a verdiyi məlumata görə, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar