Suriya kürdləri İŞİD-dən alınmış kəndləri dağıdır

Kürd qüvvələri Suriyanın şimalında məcburi köçürmə və evlərin kütləvi dağıdılmasını həyata keçirib, insan haqları təşkilatı bildirib.

Amnesty İnternational-ın hesabatında İslam Dövləti (İD) qruplaşmasından alındıqdan sonra kəndlərin dağıdılmasına görə Xalq Müdafiə Bölmələri (YPG) ittiham edilib.

Görünür bu, sakinlərin cihadçı qruplaşmaya rəğbəti və ya əlaqəsi ilə bağlıdır, hesabatda deyilir.

YPG məcburi köçürmə ilə bağlı ittihamları rədd edir.

Lakin İD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın əsas müttəfiqi sayılan YPG və onun siyasi qanadı olan PYD “bəzi insidentlərin” olduğunu qəbul edib.

Bu il həyata keçirilmiş koalisiya hava zərbələri İD-nin Suriyanın şimalında bir çox ərazıdən çıxarılmasına kömək edib.

Amnesty hesabatı, ABŞ-ın Suriyanın şimal-qərbindəki üsyançılara 45 tondan çox silah-sursat tulladığını bildirdikdən sonra açıqlanıb. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar