Maşın 5 piyadanı vurdu

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə bu gün saat 18.10 radələrində Yasamal rayonu ərazisində, Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında qeydə alınıb. “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 5 piyadanı vurub. Daha sonra minik maşını polis avtomobilinə çırpılıb.

İlkin məlumata görə, vurulan piyadalardan biri dünyasını dəyişib. Digərlərinin vəziyyəti isə ağırdır.

Yasamal rayon Polis İdarəsindən APA-ya qəzanın baş verməsini təsdiqləyiblər. Bildirilib ki, yol-nəqliyyat hadisəsi barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb: “Qəzanın baş vermə səbəbləri, ölən və yaralananlar barədə hələlik heç bir məlumat yoxdur”.

Bakıda avtomobil vurması nəticəsində yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) gətiriliblər.

Bu barədə APA-ya KTM-dən məlumat verilib. Bildirilib ki, onların əksəriyyəti tələbədir. Yaralıların şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar