Moskvada planlaşdırılan terror aktının motivləri bəlli olub

Moskvada törədilməsi planlaşdırılan terror aktı hakimiyyətin zəiflədilməsi və ordunun Suriyada İŞİD-ə qarşı əməliyyatlarına son qoymaq məqsədi daşıyıb.

APA-nın “İnterfaks"a istinadən verdiyi xəbərə görə, terror aktının icraçısı olan Aslan Baysultanov bununla bağlı Qroznıdan olan Şamil Çerkizov adlı şəxsdən göstəriş alıb. Bununla yanaşı, A. Baysultanovun başqa iş üzrə axtarışda olduğu da müəyyən edilib. O, günahını etiraf edib. Lefortovo məhkəməsi A. Baysultanov da daxil olmaqla, cinayətdə təqsirləndirilən digər şəxslərin 12 dekabradək həbsdə saxlanması barədə qərar qəbul edib.

Qeyd edək ki, bu gün Nalçikdə keçirilən Milli Antiterror Komitəsinin iclasında Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov saxlanılan 12 Rusiya vətəndaşının İŞİD üzvü olduqları və kustar üsulla hazırlanmış partlayıcı maddə ilə ictimai nəqliyyatda terror aktı planlaşdırdıqlarını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar