3 saatda 40 sürücü cərimələndi - Video

Ötən gün Siyəzən rayon Polis Şöbəsinin dövlət Yol Polisi Bölməsinin əməkdaşları Siyəzən şəhəri ərazisində avtoreyd keçirib. 3 saat müddətində davam edən reyd zamanı 40-a yaxın yol hərəkəti qaydalarını pozan sürücü saxlanılıb.

Axşam saatlarında başlanılan avtoreyd Siyəzən şəhəri, Heydər Əliyev prospektində keçirilib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan, avtomobilə əlavə avadanlıq quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücülər saxlanılaraq, barələrində protokol tərtib olunub.

Siyəzən şəhəri ərazisinə iri tonnajlı yük avtomobillərinin girişi qadağan olunduğundan belə nəqliyyat vasitələri də saxlanılaraq duracağa aparılıb. Reyd zamanı polisin saxla əmrinə tabe olmayıb ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinib.

Reyd zamanı ümumilikdə 40-a yaxın qayda pozuntusu aşkarlanıb, 2 nəfər sürücünün sərxoş olduğu müəyyənləşdilərək müvafiq tədbirlər görülüb.

Analoji reydlərin mütəmadi keçirilməsi planlaşdırılır. (Region TV)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar