NATO ekspertləri Bakıda seminar keçirirlər

Bakıda NATO-nun Standartlaşdırma ofisinin ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən keçirilən ikigünlük seminar çərçivəsində NATO-nun Standartlaşdırma ofisinin direktoru, general-mayor Edvadas Majeikasın (Litva Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrində aparılan standartlaşdırma fəaliyyəti ilə tanış olacaq, habelə NATO-da həyata keçirilən standartlaşdırma və uzlaşma siyasəti barədə məlumat verəcək.

Səfər çərçivəsində həmçinin mövcud əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar