ANS Azərbaycanın dövlət qurumunu "Rusiya elitası" ilə hədələdi

"..ümid edirik ki, Azərbaycan rəhbərliyi məsələyə müdaxilə edəcək."

“Televiziya sahəsindən xəbəri olmayan insanlar bütün həyatını televiziyaya həsr edən peşəkarlara dair qərar çıxarırlar”.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya ziyalıları Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS TV-ə qarşı qəbul etdiyi qərarlarını açıq məktubda şərh edərkən bildiriblər.

ANS PRESS həmin məktubu oxucularına təqdim edir:

“Biz heç bir halda Azərbaycanın daxili işlərinə qarışmaq istəmirik, amma Milli Televiziya və Radio Şurasının ANS kanalına qarşı çıxardığı qərarlarla bağlı öz narahatlığımızı ifadə etməyi özümüzə peşə borcu hesab edirik.

Bizə açıq aşkar aydındır ki, öz düşünülməmiş hərəkətləri ilə məmurlar Azərbaycanın beynəlxalq imicinə ciddi xələl yetirir. Peşəkar televiziya sahəsindən xəbəri olmayan insanlar bütün həyatını televiziyaya həsr edən peşəkarlara qarşı belə qərarlar çıxarırlar.

Xatırladaq ki, məhz ANS telekanalı keçmiş SSRİ məkanında müstəqil yayımın ilk qaranquşudur, məhz ANS telekanalı nəyinki Azərbaycanda, ölkə hüdüdlarından kənarda belə tanınır, məhz ANS-çilər vətənpərvərlik, bərabərlik və dostluq ideyalarını təbliğ edərək öz xalqı ilə birgə on illiliklər ərzində böyük yol keçiblər.

Biz telekanal əməkdaşlarına həmrəyliyimizi bildiririk və ümid edirik ki, Azərbaycan rəhbərliyi məsələyə müdaxilə edəcək və müstəqil peşəkar televiziyanı bu əsassız hücumlardan qoruyacaq.

Hörmətlə,

Anna Şatilova

Fyodor Bondarçuk

Timur Vaynşteyn

Vladimir Maşkov

Emmanuil Vitorqan

Pavel Lungin.”

Məktubun müəllifləri Rusiyanın tanınmış ziyalılarıdır.

Anna Şatilova rusiyalı diktor və aparıcı.

RSFSR-ın əməkdar artisti və xalq artisti SSRİ Dövlət teleradio mərkəzi televiziyasının diktoru olub. Şatilova müxtəlif vaxtlarda “Vremya”, “Qoluboy Oqonyok”, Qızıl Meydandakeçirilən parad mərasimlərinin aparıcısı olub. Hazırda Anna Şatilova Rusiyanın Birinci kanalında çalışır. Aparıcı müxtəlif orden və medallarla, o cümlədən, “Vətən qarşısında xidmətlərinə görə” 3-cü dərəcəli ordenlə təltif olunub.

Anna Şatilova - Rusiyanın əməkdar artisti

Fyodor Bondarçuk aktyor, rejissor, kino və teleprodüser, aparıcı, teleakademikdir. Müasir Rusiya kinematoqrafiyasının bir çox parlaq “9-cu rota” və “Stalinqrad” filmlərinin rejissorudur. TEFİ-2003 və “Qızıl Qartal” premiyerası laureatıdır. “Nika” Rusiya milli kinomatoqrafiya premiyerasının akademiki Fyodor Bondarçuk, həmçinin “Vahid Rusiya” partiyasının Ali şurasının üzvüdür.

Fyodor Bondarçuk - Rusiyanın əməkdar artisti, rejissor

Timur Vaynşteyn tele və kinoprodüser, “WeiT Media” şirkətlər qrupunun baş prodüseri və təsisçisidir. Vaynşteyn 1991-ci ildə “Parni iz Baku” Şən və Hazırcavablar klubunun bədii rəhbəri olub. Rusiya televiziyasının akademiyasının üzvüdür. O, ən iri Rusiya telekanallarında yayımlanan 150-dən çox layihənin prodüseridir.

Timur Vaynşteyn - Rusiyanın tanınmış tele və kinoprodüseri

Vladimir Maşkov rusiyalı teatr və kino aktyoru və rejissorudur. 1997 və 2010-cu il "Nika" premiyerası laureatıdır. “Vahid Rusiya” partiyasının üzvüdür.

Vladimir Maşkov - Rusiyanın xalq artisti, aktyor

RSFSR-in əməkdar artisti, Rusiyanın xalq artisti Emmanuil Vitorqan məşhur teatr və kino aktyorudur. Vitorqa 100-dən çox filmdə çəkilib. Rusiya Yəhudi konqressinin üzvü Emanuil Vitorqan bu ilin iyunun 5-də “Patriot Rossii” ordeni ilə təltif olunub. O, MDB məkanında ən uğurlu aktyorlardan biridir.

Emanuil Vitorqan - Rusiyanın xalq artisti, aktyor

Rusiyanın xalq artisti, kinorejissor Pavel Lunqin 1990-cı il Kann kinofestivalının laureatıdır. Kinorejissorun çəkdiyi “Toy”, “Ada”, “Bədbaxt qohumlar”, “Çar” filmləri təkcə Rusiyada deyil, ölkə hüdudlarından kənarda da tanınır və sevilir.

Pavel Lungin - Rusiya xalq artisti, rejissor

Bu ayın əvvəlində MTRŞ-ın ardıcıl olaraq ANS TV ilə bağlı çıxardığı qərarlara görə televiziyada yayımlanan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin bir ay "Salam, Azərbaycan" proqramının yayımı isə 06 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə bağlanılıb.

MTRŞ onların yerinə ANS TV-də mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımına dair qərar qəbul edib. Həmin qərarı Mir Şahin Ağayev "Mən burada qanunun aliliyindən çox, açıq-aşkar ayrı-seçkilik və ANS-ə qarşı qərəz görürəm." - deyə şərh etmişdi və bununla bağlı ANS-in məhkəməyə müraciət edəcəyini bildirmişdi. /ANS PRESS

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar