Türkiyədən ABŞ və Rusiyaya xəbərdarlıq

Türkiyə özünün Suriya ilə şimal-qərb sərhədləri boyu ərazilərdə kürd üsyançıların irəliləməsinə dözməyəcəyi barədə ABŞ və Rusiyanı xəbərdar edib. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” yüksək cinli iki türk məmuruna istinadən xəbər yayıb.

“Bu, bizim üçün birmənalıdır və bununla zarafat etməyə dəyməz”, - deyə onlardan biri kürd üsyançıların İraq Kürdüstanı ilə Türkiyə sərhədləri boyu nəzarəti genişləndirmək üçün Yevfrat çayını keçməsinin mümkünlüyün şərh edərkən deyib.

Xatırladaq ki, həm ABŞ, həm də Rusiya Suriyadakı kürd qiyamçı qüvvələrini (YPG) İŞİD-ə qarşı effektli qüvvə kimi müdafiə edir və silahlandırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar