İŞİD iki nömrəli liderinin İraqda öldürüldüyünü təsdiqləyib

İŞİD terror qruplaşması təşkilatın iyerarxiyasında iki nömrəli liderinin İraqda öldürüldüyünü təsdiqləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.

Qeyd edək ki, bu ilin avqustunda ABŞ Mosul yaxınlığında hava zərbəsi nəticəsində İŞİD qruplaşmanın iki nömrəli lideri hesab olunan Əbu Mutaz əl Kuraşinin məhv edildiyini bəyan etmişdi.

“Amerika Əbu Mutaz əl Kuraşinin ölümünə sevinir və bunu böyük qələbə kimi qələmə verir”, deyə İŞİD-in ekstremist saytlarının birində dərc edilmiş bəyanatında bildirilir.

Ağ Evin o zaman verdiyi açıqlamasında terrorçunu Hacı Muutaz adı ilə tanınan Fadel Əhməd əl Xəyali kimi təqdim etmişdi. Fadel Əhməd əl Xəyali bir çox ad və ləqəblərlə tanınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar