TÜRKİYƏ AVRO-2016-nın FİNAL MƏRHƏLƏSİNDƏ - Fransaya birbaşa vəsiqə əldə edildi

Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsinə yekun vurulub. Son gündə 3 qrupda 9 qarşılaşma baş tutub.A qrupunda İslandiya və Çexiyanın gələn il Fransaya yollanacağı çoxdan bəllidi. Sadəcə, qrupu kimin birinci, kimin ikinci sırada bitirəcəyinə son turun nəticələri aydınlaşdıracaqdı.

Bu oyuna qədər 3-cü yerdə qərarlaşan Türkiyə yığması lider İslandiyanı evində məğlub edəcəyi təqdirdə

Hollandiya millisinin final mərhələsində oynamaq arzusunun üstündən birdəfəlik xətt çəkiləcəkdi.

Türkiyə öz meydançasında qalib gəlsə  və Qazaxıstan da səfərdə Latviya üzərində qələbə qazansa, o zaman “ay-ulduzlular” ən yaxşı üçüncü kimi birbaşa final mərhələsinə yollanacaqdı. Belə də oldu.

"AzPolitika.info"nun məlumatına görə, 76- cı dəqiqədə Gökhan Törenin qırmızı vərəq alması ilə 10 oyunçu qalan Türkiyə qələbə əldə edib. Selçuq İnanın 88-ci dəqiqədə vurduğu möhtəşəm qol Türkiyəyə birbaşa Fransaya vəsiqə qazandırıb.

Türkiyənin bu vəsiqənui əldə etmsində Qazaxıstanın da əvəzsiz rolu olub. Qazaxıstan da səfərdə Latviya üzərində qələbə qazanmaqla “ay-ulduzlular” ən yaxşı üçüncü milli adını qazandırıb. Bu da AVRO-2016-nın final mərhələsinə birbaşa vəsiqəni verib. Təbriklər və təşəkkürlər TÜRKİYƏ!

AVRO-2016-nın seçmə mərhələsi

X tur

13 oktyabr

A qrupu

Türkiyə - İslandiya - 1:0

Qol: Selçuq, 88

Qırmızı vərəqə: Gökhan Töre, 76

Hollandiya - Çexiya - 2:3

Qollar: Huntelear, 70, Van Persi, 83 - Kaderabek, 24, Sural, 35, Van Persi, 66 (öz qapısına)

Latviya – Qazaxıstan - 0:1

Qol: Kuat, 65

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar