Söyün Sadıqov yenidən 180 dərəcə döndü

Seçkidən öncə sərt şəkildə hakimiyyəti ittiham edən Putinin səlahiyyətli nümayəndəsi indi də “Azərbaycanda normal müxalifət yoxdur” deyir

“Hər bir ölkədə müxalifət var, çünki heç bir hakimiyyət hamını eyni qaydada razı sala bilməz. Kimsə hakimiyyətdən razıdır, kimsə narazıdır, bunlar normal şeylərdir. Ən əsası müxalifət radikal yox, konstruktiv olmalıdır. Müxalifətin hakimiyyətdən daha yaxşı, real proqramı olmalıdır”.

Bunu AzNews.az-a Rusiya prezidenti Vladimir Putin səlahiyyətli nümayəndəsi, Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin prezidenti və “Milyarderlər İttifaqın”nın təsisçilərindən biri olmuş Söyün Sadıqov bildirib.

Azərbaycan müxalifətinin bugünkü durumu ilə bağlı fikirlərini bölüşən S.Sadıqovun sözlərinə görə, ancaq real proqramı olduğu təqdirdə müxalifəti əsl müxalifət hesab etmək olar: “Ancaq bu halda onlara müxalifət demək olar. Yoxsa hər şeyin yalnız pis olduğunu qışqırıb, əslində, nəyin pis olduğunu bilməyənlərə müxalifət demək olmaz. Azərbaycanda da Rusiyadakı kimi normal müxalifət yoxdur. Eyni simalar, eyni etirazlardır”.

Qeyd edək ki, bu həmin Söyün Sadıqovdur ki, seçkidən öncə sərt şəkildə hakimiyyəti ittiham edirdi. Təbii ki, Kremlin istəyilə... Moskva Bakıdan istədiyini aldıqdan sonra Söyün Sadıqov susdu. İndi də başlayıb müxalifəti ittiham etməyə...Maraqlıdır, belə 180 dərəcə dönüşlər Söyün Sadıqov üçün problem yaratmır?

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar