HACİ İBRAHİMİN "QAÇIŞ PLANI" BAŞ TUTMADI -  Yenə qarşısı alındı

ibrahim"Bandotdel"in saxladığı digər biznesmenlər kimi mənim də, xaricə çıxışıma qadağa qoyulub. Ancaq həmin qadağanın nə zaman aradan qaldırılacağı barədə bizə məlumat verilmir. Yalnız Azərbaycandan xaricə getmək istədiyimiz zaman bizə bildirilir ki, siz Azərbaycan sərhədlərini tərk edə bilməzsiniz". Bunu ANS PRESS-ə açıqlamasında adı qalmaqallarda hallanan biznesmen Hacı İbrahim Nehrəmli dedi.

Onun sözlərinə görə, məhz buna görə də, Çin Xalq Respublikasından "Xəzər Adaları" layihəsinə cəlb etdiyi iş adamları ilə görüşə bilmiyib: "Mən layihəyə pul yatıracaq biznesmenlərlə görüşmək və orada ortaq şirkət qurmaq üçün Çinə getmək istəyərkən məlum oldu ki, xaricə çıxa bilmərəm. Ona görə də Londonda təhsil alıb qayıdan 21 yaşlı oğlum Hüseynə cəkalətnamə verdim ki, məni orada təmsil eləsin. Ancaq işlər yekunlaşdığı zaman qadağa aradan qalxsa özüm son müqaviləni imzalamaq üçün gedəcəm".

Nehrəmli həmçinin işçilərinin maaşını verə bilməməsinə də aydınlıq gətirdi və dedi ki, bu həqiqi məlumatdır:"Mənim şirkətlərimdə hazırda 5 min işçi çalışır. Son iki ayda həmin işçilərin maaşlarında problem yaranıb. Buna da səbəb maddi sıxıntılara düşməyimdir. İşçilər isə səbr edə bilmədi. Onlardan elələri varki 300 manata görə bütün bu narahatçılıqlara səbəb olur. Lakin yaxın zamanlarda, daha doğrusu gələn həftənin sonuna qədər bütün işçilərin məvacibləri ödənəcək".

İş adam "Avesta Konserni"nin məhkəməyə verilməsi məsələsini cavablandırarkən isə bildirib ki, belə bir məsələ var, lakin səbəbləri ilə heç maraqlanmayıb. Bir müddət əvvəl də Hacı İbrahim Nehrəmlinin Mənzil Tikinti Kooperativlərindən birini Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən məhkəməyə verilmişdi. Buna səbəb isə Şirkətlə FHN-nin müvafiq qurumu arasında 32 min manatlıq bir mübahisə yaranması olmuşdu.

Xatırladaq ki, bir müddət əvvəl  Hacı İbrahim Nehrəmli ilə Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Cian Cunlə müqavilə imzaladığını bəyan etmişdi. İddia edirdi ki,  adıçəkiləm şirkət FANTASTİK “Xəzər adaları” layihəsinə ilkin olaraq 3 milyard dollar, ümumilikdə isə 15 milyard dollar investitsiya yatırmağa razılaşıb. Guya Çinin adıçəkilən şirkəti “Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşdıracaq.

Hələ bu müqavilə imzalanarkən “AzPolitika.info” İbrahim Nehrəmlinin “Xəzər adaları” layihəsi ilə bağlı indiyədək söylədiklərinin heç 1 faizinin belə reallaşmadığını əsas götürərək, bu xəbərin də doğru olduğunu şübhə altına almış, hətta mümkün olmadığını bildirmişdi. Bununla bağlı elə müqavilə imzalanan gün saytımızda

100 milyonlarla kredit borcu olan,  bu səbəbdən  ölkədən leqal və qeyri-leqal yollarla çıxışının qarşısı alınan Hacı İbrahimin, sözügedən müqaviləni məhz ÖLKƏDƏN ÇIXMAĞA İCAZƏ ALMAQ üçün imzaladığını da  istisna etməmişdik. Ancaq hüquq-mühafizə orqanlarının Hacının bu hiyləgər gedişinə aldanmasının inandırıcı saymamışdıq.

Göründüyü kimi, bizim təxminlərimiz doğru çıxdı. Sentyabrın 20-dən sonra Honkonqa səfər etməyin şərt olduğunu iddia edən Hacının  göstərdiyi tarixdən təxminən 1 ay  keçib.  Lakin Hacının özünün də dediyi kimi  Azərbaycanı tərk etməsinə icazə verilməyib. Yəni,  hökumət də bizim kimi onun səmimiyyətinə inanmayıb. Hər halda ağlı başında olan adam üçün ilin-günün bu vaxtı hansısa ofşor şirkətin qeyri-real, heç bir perespektivi olmayan layihəyə 15 milyard yox, heç 15 qəpik də qoymayacağını görməsi elə də çətin deyil.

Onun da qeyd edək ki, yayılan məlumatlardan belə məlum olur ki, iş adamının ölkədən qaçmağın yollarını aramasının səbəbi təkcə banklara olan borcu deyil. Belə ki, son dövrlər işçilərinin əmək haqqı tələbindən bezən Nehrəmlinin borclu olduğu şirkətlərin də pul tələbi ilə də üzləşdiyi bildirilir. “Avesta Konserni” MMC-nin əməkdaşlarından birinin verdiyi məlumata görə, İbrahim İbrahimovun “Holcim Azərbaycan” ASC və ““Akkord Sement”ə olan borcu 400 milyon manata yaxındır. Həmin şirkətlər də artıq İbrahim Nehrəmlidən borcunu tələb edir.

Bundan əlavə onun “Aliye Technolgy”, “Baku Roofing Company”, “Sobsan”, “Shell”, “Osmanlı Makina”, “Azcam Balkon” kimi onlarla şirkətə və çoxsaylı fiziki şəxslərədə külli miqdarda borcunun olduğu bildirilir.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar