Təhsil Nazirliyilə TQDK arasında çəkişmə yenidən baş qaldırır

Nabatəli Qulamoğlu: «Bu qurumlar arasında dərsliklər uğrunda mübarizə gedir»

Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə müsahibəsində bu il orta məktəbləri bitirən şagirdlərin hamısına attestat verilməsi, illik qiymətlərdən asılı olmayaraq, bütün 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarına buraxılması, bütün şagirdlərin yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququndan danışıb.

M.Cabbarov bu il buraxılış imtahanlarında “2" qiyməti almış 128 məzunun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək, ali məktəblərə qəbul olunduğunu vurğulayıb: ”Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də var".

Qeyd edək ki, son illər buraxılış imtahanlarını artıq Təhsil Nazirliyi yox, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təşkil edir. Maraqlıdır, təhsil naziri 2 qiymət alanların uğurlu nəticə göstərməsini deməklə görəsən, nəyə işarə vurur?

Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu şagirdlərin “2" almasının təsadüfdən yarandığını istisna etmir. Ekspertin sözlərinə görə, TQDK şagirdlərin biliyini qiymətləndirməklə yanaşı, Təhsil Nazirliyilə ciddi intriqa aparıb: ”Mən bu intriqanın kökündə şəxsi qərəzin dayandığını deməzdim. Burda dərsliklər uğrunda mübarizə gedir. “Dərslikləri özümüz yazmalıyıq” iddiası bundan əvvəl də tez-tez səslənirdi. Onlar hesab edir ki, Təhsil Nazirliyi yalnız ümumtəhsil və orta məktəblərdə dərsin təşkililə məşğul olmalıdır. Dərsliklərin yazılması, onun ekspertizadan keçirilməsi və digər halları TQDK həyata keçirmək istəyir".

Ekspert gündəmə gələn iddiaların da həmin mübarizənin tərkib hissəsi olduğunu bildirir. N.Qulamoğlu təhsil nazirinin TQDK-nın şagirdlərin biliyini o qədər də düzgün araşdırmadığı mesacı verdiyini deyir. Həmsöhbətimizə görə TQDK-nın təcrübəsində bir-biriylə uzlaşmayan belə posmacor hallar dəfələrlə olub.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar