Elşad Abdullayev diaspor təşkilatında rəhbər vəzifəyə seçilib

İsveçrədə fəaliyyət göstərən Avropa Azərbaycanlıları Milli Birlik Şurası məlumat yayıb. Bildirilir ki, Məclis sədri Ataxan Əbilov tutduğu vəzifədən istefa verib və onun yerinə professor Elşad Abdullayev seçilib.

Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayev Fransada yaşayır, hazırda İsveçrənin Bazel şəhərindədir.

Baş Prokurorluğun ötən ayın sonunda yaydığı açıqlamaya görə, Elşad Abdullayev insan orqanlarının qanunsuz transplantasiyası və alğı-satqısı əməliyyatlarında təqsirli bilinir və beynəlxalq axtarışa verilib ("Mediaforum").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar