İran Qarabağ və Mübariz haqda təsirli film hazırladı – VİDEO

 

İranın Nəsr televiziya kanalı Dağlıq Qarabağ və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan (Seyid Mübariz) kiçik film - klip hazırlayıb.

“Axar.az” xəbər verir ki, klipdə ermənilərin Qarabağda törətdikləri vəhşiliklərdən, insanların öz yurdlarından didərgin düşmələrindən danışılıb.

Daha sonra xalqımızın düşmənə qarşı mübarizliyindən bəhs edilib. Bu mübarizlik isə Milli Qəhrəmanımız Mübariz İbrahimovun timsalında təqdim edilib.

Video-klip ingilis dilində səsləndirilir, altyazı dublyajı isə Anadolu türkcəsindədir. Video-klipə təsirlənmədən baxmaq mümkün deyil. İranlı həmkarlarımıza təşəkkür edirik.

Bizim telekanalara isə baxın, dərs götürsün deyirik. Efiri məddahların, milli-mənəvi dəyərlərini itirmiş şou əhlinin, ailəsi olmayan "ailə ekspertlərinin" ixtiyarına verincə, belə filmlər, verlişlər hazırlasınlar. Əlbəttə, əgər səviiyyələri imkan verirsə!

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar