Vaşinqtondan İlham Əliyevə çağırış- "Düzəlişləri təsdiqləmə"

Human Rights Watch:"QHT-lər haqqında qanunvericiliyə düzəlişlərin mənfi nəticələri olacaq"

Vaşinqton Azərbaycanda QHT-lər haqqında qanunvericiliyə yeni düzəlişlərdən və bu ölkədə həyata keçirilən Amerika layihələrinə bunun necə təsir edəcəyindən narahatdır.

QHT-lərin maliyyələşdirilməsini daha da məhdudlaşdıran düzəlişlər ötən ilin sonlarında Milli Məclis tərəfindən təqdir edilib və ötən həftə prezident İlham Əliyev onları təsdiqləyib.

Amerikalı diplomatlar “son iki ayda dəfələrlə prezident Əliyevi düzəlişləri parlamentə qaytarmağa, QHT-lərin fəaliyyətini və maliyyələşdirilməsini tənzimləyən qanunları ölkənin götürdüyü beynəlxalq standartlara uyğunlaşdırmağa çağırıblar”, - ABŞ-dakı rəsmi mənbə Turan-ın Vaşinqton müxbiri ilə söhbətində bildirib.

Dövlət Departamenti indiyədək bununla bağlı açıq bəyanat verməyib, lakin diplomatlar və analitiklər şəxsi söhbətlər zamanı bununla bağlı narahatlıqlarını bildiriblər. Çünki hakimiyyət qanunverici məhdudiyyətlər yolu ilə hüquq-müdafiəçilərinin ağzını yummağa və tənqidi səsləri boğmağa çalışır.

“Biz bu yaxınlarda qəbul edilmiş düzəlişlərlə bağlı çox narahatıq, bunlar ölkədə QHT-lərin fəaliyyəti üçün mənfi nəticələrə səbəb olacaq”, - Human Rights Watch təşkilatının baş elmi əməkdaşı Giori Qogiya Turan-ın müxbiri ilə söhbətində bildirib.

“Biz bu düzəlişləri hakimiyyəti tənqid edən vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılması üzrə hökumətin razılaşdırılmış səylərinin bir hissəsi sayırıq”, - o əlavə edib.

Bu düzəlişlər yerli və xarici QHT-lərin fəaliyyətinə yeni məhdudiyyətlər gətirir və cəza cərimələrini (onların fəaliyyətinin dayandırılması da daxil olmaqla) müəyyən edir.

Qogiyanın fikrincə, qanunvericiliyə dəyişiklik vətəndaş cəmiyyəti və fəalların birləşmə azadlığı hüququnun reallaşmasını maksimum məhdudlaşdırmaqla onları qanundan kənarda qoyur

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar