Söhbət hansı barışığın pozulmasından gedir? - Sensasiyalı açıqlama

Bu gün Ermənistanın Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Olimpiya oyunları ərəfəsində tərəflərin əldə etdiyi olimpiya barışığını pozub. Bu xəbər bütün KİV-də yayılıb və onlar nədən Azərbaycanın belə “pis” hərəkət etməsinin səbəblərini aydınlaşdırmağa başlayıblar.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Yorlik fevralın əvvəlində Bakı səfərindən sonra öz tvitterində bildirib ki, iki ölkə prezidenti oyunlar zamanı barışığa əməl etməyi vəd ediblər.

Bu bəyanatın barışıq əldə olunması kimi qiymətləndirilməsi ciddi deyil və həmsədrlərin fəaliyyətinin real nəticələrinin nümayiş etdirilməsinə cəhd kimi görünür.

Əslində bir neçə həftədir ki, cəbhə xəttində vəziyyət dəyişməz olaraq qalır. Hər halda Ermənistan-Azərbaycan cəbhəsinin qərb hissəsində vəziyyət kəskinləşdikdən sonra durum stabilləşib. Praktikada tərəflər hər gün digərinə atəş açır və bildirir ki, atəşkəs rejimini ilk dəfə qarşı tərəf pozub.

Odur ki, erməni tərəfin bəyanatında məqsəd vəziyyətdən təbliğat məqsədilə istifadə etmək və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar