ZAKİR HƏSƏNOVDAN ARZU RƏHİMOVA İLK ZƏRBƏ - 157 çağırışçı təkrar yoxlamadan keçmədi!

Müdafiə Nazirliyi 157 xəstə əsgəri geri qaytardı

Yanvar ayında Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılan xeyli çağırışçıda xəstəlik aşkarlanıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçılardan xəstəlik aşkarlanmış 157 nəfər geri qaytarılıb.

Qeyd edək ki, yanvar ayının əvvəlində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçirilir.

Artıq həyata keçməyə başlayan bu yoxlanışda 157 çağırışçının xəstə, orduya yararsız çıxması bu sahədəki acınacaqlı vəziyyəti gözlər önünə sərir. Belə çıxır ki, Zakir Həsənov təkrar yoxlama təyin etdirməsə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti orduya yararsız olan bu xəstə çağırışçıların həyatını ciddi təhlükə qarşısında qoyacaqdı.

Maraqlıdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu cinayətə bərabər səhlənkarlığa (Bəlkə də bilərəkdən) yol verən vəzifəli şəxsləri cəzalandırılacaqlarmı?

Xatırlatmaq yerinə düşər ki, Zakir Həsənovla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və onu himayə edən dairələr arasında münasibətlərin gərgin olduğu haqda məlumatlar var. Bu məlumat doğrudursa 157 xəstə çağırışçının xidmətə aparılması faktına görə Zakir Həsənovun məsuliyyət məsələsini qoyacağını gözləmək olar.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar