Daha bir təşkilat Cəmil Həsənlini dəstəklədi

Avropa Azərbaycanlıları Milli Birlik Şurası (AAMBŞ) bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində Cəmil Həsənlini dəstəkləyəcəkləri barədə bəyanat yayıb.

Qurum Cəmil Həsənlinin namizədliyini alqışlayır və ona siyasi dəstəyini ifadə edir: “Bütün resurslardan istifadə edərək Cəmil Həsənlinin seçki kampaniyasına yardımçı olacağıq”. AAMBŞ həm də bütün seçiciləri seçki günü C.Həsənliyə səs verməyə və seçkinin nəticələri saxtalaşdırıldığı halda demokratik vasitələrlə mübarizəyə çağırır. Bəyanat müəllifləri Ilham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsini demokratik prinsiplərin pozulması kimi qiymətləndirirlər: “Bu, ölkədə faktiki neomonarxiyanın bariz nümunəsi, normal seçki mühitinin olmamasının göstəiricisidir”(Turan).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar