ABŞ-ın “rəngli inqilablar” fondu yenə İlham Əliyevə qarşı

Miriam Lanskoy: “Azərbaycan getdikcə daha çox Mərkəzi Asiyaya oxşamağa başlayır”

Dünyada özünü demokratik institutları dəstəkləyən Amerika təşkilatı kimi göstərən Demokratiya Uğrunda Milli Fondun Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy “Turan”a müsahibəsində Azərbaycanda insan haqları ilə bağlı durumu şərh edib.

Virtualaz.org-un məlumatına görə, o bildirib ki, 2013 ümumiyyətlə Azərbaycanda pis il olub: “Ümumi tendensiynı fəalların daimi həbsi, mətbuat, qanun, xarici yayımçılar əleyhinə fəlaiyyətin sərtləşdirilməsi kimi xarakterizə etmək olar. Prezident seçkilərindən sonra vəziyyət daha da mürəkkəbləşib”.

“QHT-lərə münasibətdə Azərbaycan və Rusiya hakimiyyətlərinin siyasəti nə dərəcədə oxşardır” məsələsinə gəlincə,

M.Lanskoy deyib ki, Rusiya QHT-ləri olduqca fəal və səmərəli müqavimət göstərməklə “xarici agent”lər qismində qeydə alınmaqdan imtina edərək bu qanunun onlara şamil olunmadığını bəyan etdilər. Azərbaycanda isə… Vətəndaş cəmiyyəti QHT-lərlə bağlı qalmaqallı qanunun imzalanmasının onlar üçün qorxulu olduğunu bildirir.

“Qərb analitikləri arasında beynəlxalq tərəfdşaların Azərbaycanla işbirlyinin getdikcə ağırlaşması kimi rəy var. Bununla razısınızmı” sulaına cavab olaraq M.Lanskoy bildirib ki, onun təşkilatının Azərbaycazn hökuməti ilə hər hansı konkret əlaqəsi yoxdur: “Amma nəzərə çarpan budur ki, müəyyən mənada energetika sahəsində əməkdaşlıq demokratiya sahəsinə təsir göstərməyə başlayır.

QHT fəalları, gənc fəallar, dindarlar və s. kateqoriyadan olan siyasi məhbusların sayı artmaqda davam edir. Beləliklə, Azərbaycan daha çox Mərkəzi Asiya dövlətinə bənzəyir, amma özünü Avropa dövləti kimi təqdim edir. Şübhəsiz ki, hansısa məqamda Azərbaycan buna cavab verməli olacaq, amma bu tezliklə olmaya da bilər, insanlarsa “Avropa Şurası keçən il ərzində heç nə edə bilmədi” kimi məyusluğa düçar olurlar”.

Xatırladaq ki, haqqında söhbət gedən qurum bütün dünyada “rəngli inqilablar fondu” kimi məşhurdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar