Beyləqanda əhali etiraza qalxdı

Beyləqan rayon Milabad qəsəbəsinin sakinləri hazırda etiraz aksiyasına qalxıblar. Avropa. info-nun məlumatına görə, qəsəbə sakinləri Beyləqan-Daşburun yolunu bağlayıblar. Aksiyaya səbəb qrunt sularının qəsəbəni basması və bir aydan çoxdur bu məsələ ilə bağlı yerli icra orqanlarının heç bir əməli fəaliyyət göstərməməsidir. Qəsəbə sakinləri bildiriblər ki, dəfələrlə icra orqanlarına müraciət etsələr də heç bir faydası olmayıb. Qrunt suları səbəbindən də qəsəbədə müxtəlif xəstəliklər yayılıb. Hazırda aksiya davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar