MTN-ə GÖRƏ AZAL-da ŞOK “TƏMİZLƏMƏ” – 40 əməkdaş işdən qovuldu

Heydər Əliyev adına Hava Limanının Təhlükəsizlik Xidmətinin 40-a yaxın əməkdaşı işdən çıxarılıb.

Hava Limanının Təhlükəsizlik Xidmətindən AzNews.az-a daxil olan məlumata görə, çıxarılanlardan 9 nəfəri rəislərdir (növbə və şöbə rəisləri – red.).

Məlumata görə, Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi Rasim Hüseynov əməkdaşlara Aviasiya Təhlükəsizlik İdarəsinin rəisi Elxan Orucov tərəfindən çağırıldıqlarını bildirib.

E.Orucov isə yanına gələn əməkdaşlara işdən çıxmaları ilə bağlı ərizə yazmalarını tapşırıb. Səbəbini soruşan işçilərə isə əlavə izahat verilməyib. 30 əməkdaşdan məcburi şəkildə işdən azad olunmaları ilə bağlı ərizə alınıb və onların hava limanındakı işinə xitam verilib.

Daha sonra isə 10 əməkdaş da eyni yolla işdən uzaqlaşdırılıb.

Məlumata görə, əməkdaşların işdən çıxarılmasına səbəb Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqələrinin olmasıdır. Daxil olan məlumatda bildirilir ki, işdən çıxarılanlardan bəzilərinin həqiqətən də MTN-lə əlaqəsi olub:Lakin onların sayı 8-9 olardı, ya olmazdı. Qalanları 400 manata işləyən uşaqlar idi. MTN-lə heç bir əlaqəsi olmayan uşaqları da o birilərə görə işdən çıxardılar. Hələ də işdən çıxarmağa davam edirlər. Hava limanında 4 növbə təhlükəsizlik xidməti var. Hər növbədə də 140 işçi. Belə getsə hələ nə qədər əməkdaşı “MTN işi”nə görə çıxaracaqlar".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar