ARDNŞ Ai-95 markalı benzin istehsalından niyə imtina etdi? - Ekspert rəyi

Niyə ARDNŞ birdən Ai-95 markalı benizin istehsalından imtina etdi?

Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin ekspertlərinin fikrincə, bunun bir çox səbəbləri var. “Qaradağda yeni neft eamlı zavodu 2023-2025-ci ildən tez hazır olmayacaq, benzinə tələbat isə 10-11% artır. ARDNŞ daxili bazarda sabitliyi qorumaq üçün bu addımı atdı”, - deyə Mərkəzdə bildiriblər.

Daxili bazarda Ai-95 benzinin payı 10%-ə yaxındır. Ona görə ARDNŞ-də hesab ediblər ki, bütün resurslarını azoktanlı benzin istehsalına yönəltsinlər, Ai-95 və Ai-98 idxal edilsin. Beləliklə, liberal neft emalı bazarı yaradılacaq.

Ən başlıcası idxal edilən Ai-95 bazarda 0,8 yox, 1 manat, bəlkə daha baha olacaq.

Dünən bankların avtokredit verməsinin yeni şərtləri məluma oldu. Onu o qədər sərtləşdiriblər ki, çətin ki hər kəs avtomobil istəsin. Kreditlə avtomobil almaq istəyənlər minimum 50%-i əvvəlcədən ödəməlidir. Banklar borc alanın kommunal və başqa borcları barədə arayışlar alacaq. Bütün mərhələlər keçsə, neçə ilə verilməsindən asılı olaraq illik dərəcə 14-23% olacaq. Əgər avtomobil təzə deyilsə, ilkin ödəniş 70-80% kredit dərəcəsi 17-27% olacaq.

Aydındır ki, bu, avtomobil idxalını azaltmaq üçündür. 2013-cü ildə ölkəyə 104 min avtomobil gətirilib. Bunun 60%-i işlənmişdir.

(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar