İŞİD-ə QARŞI YENİ OBAMA STRATEGİYASI - Suriyaya əsgər göndərilməsini tələb edir!

Obama administrasiyası öz siyasətini kəskin şəkildə dəyişmək qərarına gəlib və indi onlar amerikalı əsgərləri İŞİD-ə qarşı birbaşa döyüşlərə göndərməyə hazırlaşırlar. Əgər amerikalılar İraq və Suriyada həlak olarlarsa, bu Ağ Ev üçün siyasi risklər yaradacaq. Çünki Ağ Ev çoxdandır ki, amerikan güclərini döyüşlərdə iştirak etməyə göndərməyəcəyi barəsində söz verib. Bu yaxınlarda silahlı qüvvələr üzrə senat komitəsində çıxış edən müdafiə naziri Eşton Karter bildirib ki, əgər ABŞ-ın yaxın tərəfdaşları İŞİD-i vurmaq üçün imkan tapsalar, onda biz həm hava, həm də qurudan zərbə vurmaq üçün əməliyyatlar aparmağa hazırıq. (Foreign Polisy)

Eşton Karter əlavə olaraq deyib ki, amerikanların itkiləri ilə bağlı risklərə baxmayaraq, ABŞ İraqda yerüstü döyüş rolunu artırmağa hazırdır. Keçən həftə İŞİDİ-in həbsxanasına reyd zamanı quru qoşunlarının “Delta” xüsusi təyinatlılarından çavuş Coşua Uiller həlak olmuşdu. 39 yaşlı dörd uşaq atası 2011-ci ildən sonra İraqda həlak olan ilk amerikan hərbçisidir.

Senat komitəsi qarşısında Karterlə birlikdə çıxış edən hərbi qərargah rəislərinin birləşmiş komitəsinin sədri Cozef Danford əlavə edib ki, o, nəinki xüsusi əməliyyatların həyata keçirilməsini, hətta amerikan hərbçilərinin İraq ordusuna yardıma göndərilməsini də mümkün sayır. Burada söhbət iraqlılara həm kəşfiyyat, həm də birbaşa aviazərbələr və artilleriya atəşi ilə kömək edilməsindən gedir. Amma qeyd edilib ki, bu, o zaman baş verər ki, həmin əməliyyatlar strateji və ya taktiki effektiv əhəmiyyəti daşısın.

Qaynar nöqtələrə əsgər göndərilməyəcəyi barəsində verilən sözlərdən, döyüşlərdə fəal sürətdə iştiraka hazırlığa başlanmasına keçid, Obama administrasiyasının İraqdakı “ölü vəziyyəti” yerindən tərpətmək üçün yeni yol axtarması ilə bağlıdır. Çünki İŞİD İraqdakı bir sıra əsas şəhərləri ələ keçirib. Bundan başqa Rusiyanın Suriyada artan hərbi müdaxiləsini də hesabdan silmək olmaz. Prezident Vladimir Putin İŞİD-ə qarşı vuruşmağa söz verib, lakin bununla yanaşı Rusiya Suriya diktatoru Bəşər Əsəd rejimi ilə müharibə aparan müqavimət qüvvələrinə də aviazərbələr endirir.

Eşton Karter yeni strategiyanı “Rakka, Ramadi və reydlər” adlandırır. Rakka İŞİD-in Suriyada yerləşən faktiki paytaxtıdır. Ramadi cihadçılar tərəfindən may ayında zəbt olunan İraq şəhəridir, reydlər isə amerikanların mümkün yerüstü əməliyyatlarının başlanması mənasına gəlir. Karterin sözlərinə görə, ABŞ Suriyada müxalifət strukturlarını və kürd döyüşçülərini silahla təchiz edərək onlara məsləhətlər verəcək. Digər tərəfdən isə amerikanlar əsasən Rakkada olmaq şərti ilə, İŞİD-in obyektlərinə aviazərbələr vuracaq.

Ramadi İraqın Anbar vilayətinin paytaxtıdır və əhalisi əsasən sünnülərdən ibarətdir. Həmin şəhər bu ilin may ayında bir neçə yüz İŞİD yaraqlısı tərəfindən zəbt olunub. Amerikanın rəsmi nümayəndələrinin sözlərinə görə, İraq gücləri metodik olaraq, İŞİD döyüşçüləri tərəfindən şəhər ətrafına basdırılmış minalı ərazilərdən keçərək, tədricən Ramadi ətrafında həlqə yaradırlar. İraqlıların Ramadini geri qaytarmaq üçün nə vaxt geniş miqyaslı hücuma keçəcəkləri hələki bəlli deyil. Həmçinin onların bunu amerikanların ciddi yardımı olmadan bacaracaqları da naməlum olaraq qalır. Bu məsələdə onların Rusiya və İrana da ehtiyacları var.

Öz növbəsində C.Danford iddia edir ki, Suriyada ABŞ-ın uğursuzluğa düçar olmuş 500 milyon dollarlıq layihəsi çərçivəsində təlim görmüş yerli döyüşçülərdən bəzilərindən istifadə etmək olar. Amerikan generalının sözlərinə görə, bu proqramın ləğv olunmasına baxmayaraq, həmin döyüşçülərin az bir hissəsi amerikan yardımları alırlar və İŞİD-in mövqelərini təsbit edərək, onlara qarşı aviazərbələrin dəqiq vurulmasına köməklik göstərirlər.

Karter həmçinin onu da qeyd edib ki, ABŞ mötədil Suriya qüvvələri üçün döyüşçülərin hazırlanması metodunu dəyişir. Onun sözlərinə görə, döyüşçü namizədələr tapılır, yoxlanılır və təlim keçilməsi üçün bir neçə həftəliyinə Suriyadan çıxarılırdı. İndi artıq Amerika İŞİD-lə vuruşmuş və inanılmış qrupların liderləri ilə işləyərək, onları lazımı təchizatla təmin edəcəklər. Bununla yanaşı həmin qruplara havadan yardım olunacaq.

Toplantının gedişində Eşton Karter və Cozef Danforda dəfələrlə əgər Suriya müqavimət qüvvələrinə qarşı hücum olunarsa, onda ABŞ onlara hansı yardımı göstərməyə hazırdır sualı ünvanlanıb. Həm Karter, həm də Danford konkret cavablardan yayınıblar, lakin Danford etiraf edib ki, ABŞ-ın öz hava güclərinin dəstəyi ilə müttəfiqlərini müdafiə etmək imkanı və səlahiyyəti var. ABŞ, müqavimət qüvvələrini Rusiya aviazərbələrindən qorumağa hazırdırmı sualına Danford cavab verib ki, amerikanların müdafiə etdiyi “Azad Suriya Ordusu” rus təyyarələrinin bombardmanına məruz qalmır.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar