Rəsul Quliyev Avropadakı biznesini jurnalistə bağışladı

"Həmçinin özümün yaşadığım evdən başqa Amerikada bəhs edilən bütün villalarımı da ona hədiyyə edirəm”

“Nə qədərki insanlar yalan danışmağın şəxsiyyəti cılızlaşdırdığını anlamayacaqlar bir o qədər də ömürlərini hədər keçirməyə davam edəcəklər”. Bu fikirləri Hafta.az-a açıqlamasında sabiq spiker, ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev mühacir jurnalist Fikrət Hüseynliyə cavab olaraq deyib.

Hollandiyada yaşayan mühacir jurnalist, Demokratik Azərbaycan Hərəkatının koordinatoru Fikrət Hüseynli bu günlərdə Azərbaycandakı aksiyalar zamanı həbs edilənlərin ailələrinə yardım kampaniyasına qoşulmadığına görə Rəsul Quliyevi ittiham edib:  "Rəsul Quliyevin Avropada biznesi, Amerikada şəxsi villası var."

Rəsul Quliyev isə bildirib ki, Fikrət Hüseynlinin kimliyini belə yaxşı xatırlamır:

“Bu adamın kim olduğunu dəqiq bilmirəm. Deyəsən mən Brüsseldə olanda birisi bütün azərbaycanlıları yığıb onlara qonaqlıq vermək təklifi ilə çıxış edən şəxsiyyətdir. Mən Avropada olan böyük bizneslərimi ona və bundan sonra belə yazılar yazacaq olan şəxslərə hədiyyə edirəm. Sizin qəzetinizdə çıxacaq bu yazını götürüb getsin bəhs etdiyi firmaları geçirsin öz adına. Həmçinin özümün yaşadığım evdən başqa Amerikada bəhs edilən bütün villalarımı da ona hədiyyə edirəm.”

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar