Ərdoğan Dövlət Baxçalını həbs etdirmək istəyir

Əgər parlament deputat toxunulmazlığının aradan qaldırılmasına səs verərsə, bozqurdların lideri 6 aydan 5 ilə qədər həbsə girə bilər

Türkiyənin əsas müxalifət partiyalarından olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının deputat toxunulmazlığının aradan qaldırılması ilə bağlı parlamentə müraciət daxil olub.

ANS PRESS "Hürriyet" qəzetinə istinadən bildirir ki, MHP liderinin Bursa şəhərində 2013-cü il martın 23-də keçirilmiş mitinqdə işlətdiyi bir söz buna əsas kimi götürülüb. Mitinqdə bozqurdların "Öl de, ölək, vur de, vuraq…" şüarına Bağçalı tərəfindən "Maraq etməyin, onun da zamanı gələcək…" cavabının verilməsi buna səbəb olub.

Məsələnin rəsmi tərəfi budur ki, T.T. adlı vətəndaş Bağçalıdan şikayət edib və prokurorluq bu barədə müraciət hazırlayaraq parlamentə göndərib. Əgər parlament Dövlət Bağçalının deputat toxunulmazlığının aradan qaldırılmasına səs verərsə, onda bozqurdların lideri 6 aydan 5 ilə qədər həbsə girə bilər. Türkiyə Cinayət Məcəlləsinin 214-cü maddəsinə görə, bu, cinayətə təhrik kimi qiymətləndirilir.

MHP-nin parlament fraksiyasının rəhbəri Oktay Vural isə bunu AKP hökumətinin partiyalarına təsiri kimi dəyərləndirib. O, 2013-cü ilin iyun ayının 12-də hazırlanmış müraciətin 8 aydan sonra parlamentdə göndərilməsini MHP təzyiq kimi dəyərləndirib. Onun sözlərinə görə, son günlərdə partiyalarının hökumətin rüşvət və korrupsiyaya bulaşmasını diqqət çəkməsi AKP-ni narahat edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar