Zorən namizədlər: Arif Hacılı İsa Qəmbərdən çox səs “topladı” – RƏSMİ NƏTİCƏLƏR

Məlum olduğu kimi, parlament seçkilərinə 3 gün qalmış Müsavat Partiyası boykot haqda qərar versə də, müsavatçı namizədlərin imtina ərizələri qəbul olunmamışdı. Bu səbəbdən Müsavatın namizədləri zorən seçkidə iştirak etməli olmuşdular. Yəni onların adları rəsmi namizəd kimi seçki bülletenlərində saxlanmışdı.

AzPolitika-nın məlumatına görə, MSK-nın elan etdiyi rəsmi nəticələrdən belə görünür ki, Müsavatın namizədləri “seçkidə” biabırçı məğlubiyyərlə üzləşiblər.

Məsələn, eks Müsavat başqanı İsa Qəmbər namizəd olduğu 15 saylı Yasamal birinci Semki Dairəsində 4-cü yeri tutub. O, cəmi 599 səs alıb. 15 saylı dairə üzrə rəsmi nəticələr aşağıdakı kimidir:

QULİYEV ÜLVİ ZAHİD - 16764

MEHDİYEV NİŞAT ƏHMƏD - 1084

ASLANOV BAYRAM MİRAZİM - 804

QƏMBƏR İSA YUNİS - 599

ƏLİYEV ƏLİ NADİR - 571

RÜSTƏM VƏFA FƏRHAD - 554

ƏSƏDOV GARAY XƏLİL - 407

RÜSTƏMOV RAMİL LİTVİN - 263

Müsavatın hazırki başqanı Arif Hacılı isə bir qədər yaxşı nəticə göstərib – ikinci yeri tutub və sələfindən təxminən 3 dəfə artıq səs alıb. A.Hacılının namizəd olduğu 33 saylı Xətai birinci Seçki Dairəsi üzrə elan olunmuş rəsmi nəticələr aşağıdakı kimidir:

MİRƏLƏMOV HÜSEYNBALA FAZİL – 12078

HACILI ARİF MUSTAFA - 1799

CƏFƏROV ÜZEYİR ELDAR - 1025

MUSAZADƏ ÜLKƏR FƏRMAN - 690

İZZƏTLİ RUSLAN TEYMUR - 563

BAYRAMOV MƏHƏMMƏD BAYRAM - 371

RZAZADƏ CAVANŞİR ALUNBƏT - 266

ƏLİYEV ARİF MƏMMƏD - 257

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar