Məhkumdan dəhşət dolu rüşvət iddiası

“Cəzacəkmə müəssəsindən müalicə mərkəzinə getmək üçün hər məhbus 50-100 manat arasında pul ödəməlidir”

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssiəsində cəza çəkən məhkum Xələfov Bahrəddin İmaməddin oğlunun hüquq müdaiəçisi Taleh Xasməmmədov vasitəsi ilə mətbuata, ölkə prezidentinə və hüquq mühafizə orqanlarına müraciət edib.

Müraciətdə deyilir: “Mən Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 dekabr 2006-cı il tarixli hökmü ilə A.R.C.M- nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 15 il azadlıqdan məhrum edilmişəm. Çox çətin vəziyyətdə qalaraq və sizə güvən bir yeri olan məsul şəxslər kimi müraciət etmək zəruriyyətində qaldım. Sizdən sonadək bu ərizəni oxuyub, açıqlamanızı, mənə və ailə üzvlərimizə köməklik göstərməyinizi xahiş edirəm.

2011-ci ildə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində müalicə işinin təşkili idarəsi rəisi İftixar Qurbanovun göstərişi ilə P.X. Müalicə mərkəzinin baş həkimi Rəşad Dəmirov və ruhi xəstəliklər şöbəsinin baş həkimi Allahverdi Bəylərov ilə birlikdə mənim ailə üzvlərimi aldadaraq, guya mənim xəstəliyim ağır olduğu üçün cəzadan azad oluna biləcəyim müqabilində külli miqdarda pul alıblar. Mənim hüquqlarımı qorumaq üçün özləri Muxtarov Şamil Şəkər oğlunu “vəkil” tutublar. Həmin vaxtdan indiyə kimi nə məni müalicə ediblər, nə cəzadan azad ediblər, nə də aldıqları pulu geri qaytaratcaqlarına söz versələr də, əməl etməyiblər. Hətta evlərinin əsl sənədlərini də bizə veriblər ki, pulu qaytarıb sənədləri geri alarıq. İndi bizə məlumdur ki, bu şəxslər bizi aldadıb, dələduzluqla pulu mənimsəyiblər. Bu hadisə mənə və ailə üzvlərimin psixi durumuna çox pis təsir edib. Çünki onlara verilən pulun bir qismi Quba rayonunda ailəmə, uşaqlarıma verilən torpaq sahəsini satıb, bir qismini isə borc alımışdılar. İndi qaytarmağa pulları yoxdur. Məlumat üçün bildirim ki, ailə üzvlərimiz qoca anam, həyat yoldaşım və üç azyaşlı uşaqdan ibarətdir. Hazırda onlar acınacaqlı bir vəziyyətdədirlər. Mən qorxuram ki, Tibb baş İdarəsinin işçiəri bizi pis vəziyyətdə qoymaqları ailə üzvlərimi özlərinə qəsd etmək həddinə çatdırarlar və belə bir təhlükə gözlənilir.

Hörmətli dövlət məmurları !

Nəzərinizə Tibb Baş İdarəsində olan haqsızlığn, özbaşnalığın, rüşvət və korrupsiyanın artmasını, məhbusların canı bahasına əldə edilən pulların bir qismini nəzərinizə çatdırıram.

1.Cəzacəkmə Müəssəsindən Müalicə mərkəzinə getmək üçün hər məhbus 50-100 manat arasında pul ödəməlidir.

2.Müalicə mərkəzində qalıb müalicə almaq üçün hər məhbus 1-ci ay 50 manat, 2-ci ay 100 manat, 3-cü ay isə 150-200 manat arası pul verməlidilər.

3.Məhbuslar üçün ayrılan dərmanların qiymətliləri onlara satılır ya da İftixar Qurbanovun göstərişi ilə başqa qeyri-qanuni yollarla satılır.

4.Cəzaçəkmə Müəssiəsində yerləşən tibb məntəqələrində 20-30 çarpayı olur ki, orda qalıb müalicə almaq üçün hər yerə görə 100-200 manat pul ödəməlisən.

Yəqin ki, Tibb Baş İdarəsində gedən rüşvətxorluğdan, dələduzluqdan Baş nazirin və adiyyatı orqanların xəbəri yoxdur. Dəfələrlə bu haqda general Rəfail Mehdiyevə yazsam da məktubun ünvananına çatmasına Murad Süleymanov və İftixar Qurbanov imkan verməyiblər. Sizə bildirirəm ki, bu işlərin 90% - nə İftixar Qurbanov rəhbərlik edir.

Yazdıqlarımın düzgünlüyünü sübut etmək üçün Sizin güclü təcrübəniz və müasir avadanlıqlarınız var. Bu qanunsuz özbaşnalığları İftixar Qurbanov və “komandası” tikanlı məftillər arasında keçirdiyi üçün özlərinə çox arxayındırlar.

Bu kimi cinayətlərin, cinayətkarların qarşısını vaxtında alınmasa, Azərbaycanda çiçəklənən demokratiyaya çox böyük ləkə və zərbələr vurar.

Bu gün Tibb Baş İdarəsi mərhum Heydər Əlirza oğlu Əliyevin “Məhkum cəmiyyətə mənəvi və fiziki sağlam qayıtmalıdır” şüarını tam yaddan çıxarmışlar.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, Tibb Baş İdarəsinin “işçiləri” tərəfindən törədilmiş qaunusuz hərəkətlərə son qoyasınız və ailəmin aldadılıb alınmış pulunu geri qaytarılmasında köməklik göstərəsiniz. Ərizədən sonra mənə təzyiq və sui-qəsdə çatdırma halları ola bilər ki, bu da adlarını çəkdiyim tibb idarəsinin üzərinə düşür. Biz köməksiz qaldığımız təqdirdə, yazdıqlarıməz barədə seçki müşahidəçilərinə və mətbuata xəbər verəcəyik” ("Faktxəbər").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar