Dövlət Departamentindən Azərbaycandakı seçkilərlə bağlı AÇIQLAMA

ABŞ Dövlət Departamenti noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı açıqlama yayıb.

APA-nın məlumatına görə, açıqlamada Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkilərə lazımi sayda müşahidəçinin gəlməsinə imkan verməməsindən, buna görə də ATƏT/DTİHB-in seçkiləri müşahidə etmək imkanı olmamasından təəssüf ifadə olunub.

"ATƏT/DTİHB-in iştirakı olmadan biz fundamental azadlıqlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına dair bu qurumun əvvəlki məsləhətlərini icra etməkdə Azərbaycanın irəliləyişə nail olduğunu deyə bilmərik. Ölkədə məhdud siyasi mühit olmasına dair narahatlığımız davam edir və biz Azərbaycan hökumətini sərbəst toplaşma, birləşmə azadlıqlarına, ölkənin beynəlxalq öhdəliyi olan fikir azadlığının, o cümlədən media azadlığının təmin edilməsinə hörmətlə yanaşmağa, həmçinin bu istiqamətdə DTİHB də daxil olmaqla ATƏT-lə işləməyə çağırırıq. Biz Azərbaycan hökuməti və xalqı ilə güclü, sabit, demokratik və firavan gələcək qurmaq istiqmətində işləməyə sadiq qalırıq”, - deyə açıqlamada qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar