MTN-in Xətai Şöbəsinin rəisi işdən qovuldu

mnhAkif Çovdarovun bacısının kürəkəni olan Rafiq Hümbətovla bərabər İdarə rəisinin 1-ci müavini Qorxmaz Hüseynov işdən çıxarıldı

Milli Təhlükəsizlik Nazirliyinin(MTN) Xətai Rayon Şöbəsinin rəisi Rafiq Hümbətov işdən çıxarılıb. R.Hümbətov MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun bacısının kürəkənidir.

1972-ci il təvəllüdlü Rafiq Hümbətov A.Çovdarovun himayəsi altında tez bir zamanda MTN-də irəli çəkilənlərdəndir. 2010-cu ildə MTN-in Astara şöbəsinə rəis təyin olunan R.Hümbətov 2015-ci ilin fevralında qurumun Xətai rayon şöbəsinə rəis təyin olunub. Onun MTN-ə şöbə rəisi aparılacağı haqda söhbətlər də olub.

Qaynağımız deyir ki, A.Çovdarova güvənən R.Hümbətov özüünü tutduğu posta uyğun aparmayıb, bir çox qanunsuzluqlara imza atıb. Onun “MTN işi” üzrə istintaqa cəlb edilməsi haqda da məlumat var.

Aldığımız digər məlumatda deyilir ki, MTN-dəki “təmizləmə”lər A.Çovdarovun 1-ci müavini Qorxmaz Hüseynova da çatıb. Vaxtilə MTN-in nəzdindəki Xüsusi İdarədə çalışmış Q.Hüseynov sonradan İdman Akademiyasına prorektor təyin olunub. Namiq Abbasov milli təhlükəsizlik naziri olarkən Q.Hüseynov geri dönmək istəsə də, N.Abbasov onun uyğun kadr olmamasını əsas gətirərək buna imkan verməyib. Eldar Mahmudov nazir təyin olunandan sonra isə MTN-in qapıları Q.Hüseynovun üzünə açılıb. Sabiq nazirlə qohumluq əlaqələri sayəsində o, böyük bir idarənin rəis müavini postuna təyinat alıb. Eldar Mahmudovun əsas kadrlarından olan A.Çovdarov MTN-dəki yığımların başında dayanan əsas 2-3 şəxsdən biri olub. Q.Hüseynov onun 1-ci müavini olmaqla yığımlarda iştirak edib.

A.Çovdarovun MTN-də peşəkar kadrların qənimi kimi ad çıxarması haqda da bilgilər var. O, istədiyi şəxsi MTN-də işə götürə və ya əksinə gözünə xoş görünməyən şəxsi işdən çıxarmaq səlahiyyətində olub. (Musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar