Təhsil Nazirliyi qarşısında oturaq aksiya

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (keçmiş ABU) bir qrup tələbəsi sentyabrın 17-də Təhsil Nazirliyi qarşısında oturaq aksiya keçirib.

Aksiya iştirakçıları nazirlikdən təhsil aldıqları barədə diplomların verilməsini və ya onların digər ali məktəblərə köçürülməsini istəyiblər: “Biz, demək olar, hər gün nazirlik qarşısında aksiya keçirib, problemimizin həllini tələb edirik. Amma heç kim müsbət cavab vermir”.

Aksiyaya qatılanların AzadlıqRadiosuna dediyinə görə, nazirliyin mətbuat xidməti əməkdaşlarından biri onlarla görüşüb və ABU ilə bağlı istintaq getdiyindən bir söz deyə bilməyəcəyini söyləyib.

Təhsil Nazirliyi tədrisdəki problemləri, qanunsuz tələbə köçürmələrini və s. məsələləri əsas gətirərərək 2010-cu ildə ABU-nun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Universitetin rektoru Elşad Abdullayev hazırda Fransada mühacirətdədir. O, keçmiş deputat Gülər Əhmədovayla bağlı qalmaqallı rüşvət videosu yayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar