Döyüşçülərə Qarabağda Rusiyanı müdafiə etməyi təklif edirlər - “DXR” yaraqlısı

Döyüşçülərin təxribatı və cəlb edilməsi üzrə iş miqyaslı və sistemli şəkildə aparılır. Mənə məlum olduğu qədər Suriyada döyüşmək üçün Donbasdan artıq 700 nəfər gedib, bəziləri isə onların sayının mini ötdüyünü bildirib (həm də bu heç də pis döyüşçülər deyil).

Oxu.az xəbər verir ki, bu barədə öz Facebook səhifəsində “Novorossiya” terror birliyinə yardım layihəsinin koordinatoru, “Donetsk Xalq Respublikası”nın Sankt-Peterburqdan olan yaraqlısı, blogger və hərbi jurnalist Aleksandr Juçkovski yazıb.

Juçkovskinin yazdığına görə, onları Suriyaya “ezamiyyətə” cəlb etmək üçün Rusiya vətəndaşlığının verilməsini, yaxşı məvacib (rəqəmlər hazırlıq və ixtisasdan asılı olaraq dəyişir) vəd edirlər və burada artıq ediləsi heç nəyin qalmadığını, Donbasda müharibənin başa çatdığını və Rusiyanın maraqları üçün indi Suriyada müharibə aparıldığına inandırırlar.

Daha sonra Juçkovski Qarabağdakı münaqişəni də yada salıb.

“Maraqlıdır ki, döyüşçülərə Rusiyanı müdafiə etmək üçün yalnız Suriyaya deyil, vəziyyətin mürəkkəb olduğu və istənilən an gərginləşə biləcək Tacikistana və Dağlıq Qarabağa da getməyi təklif edirlər. Doğrusu, ora kiminsə göndərildiyini bilmirəm, amma bu barədə söhbətlər xarakterikdir, bəlkə də gələcək üçün hazırlıq gedir.

Əgər qlobal şəkildə sabitliyin pozulması məsələsi qaldırılsa və Rusiyanı müxtəlif istiqamətlərdə alovlandırmağa çalışsalar, təbii ki, Tacikistan və Qarabağda da alov qalxacaq. Moldova-Dnesteryanı, Pribaltikada, Şimali Qafqazda olduğu kimi. Amma hesab edirəm ki, Donbasda, Rusiya ilə ən qaynar bölgədə hər şey başa çatıb və buradan insanların aparılması düzgün və bəraət qazandırılası haldır”, - koordinator yazıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar