ŞEYXİN EVİNİN VƏ AİLƏSİNİN FOTOLARI YAYILDI- Fotolar

ANS TV-nin aparıcısı Rövşanə Ağasəfqızı Şeyxülislam Hacı Allahşükür Paşazadənin evində qonaq olub.

Aparıcı Bütün Qafqazın Şeyxinin ailəsi ilə çəkdirdiyi şəkillərini sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, Şeyxin ailəsi olduqca səmimidr. Aparıcı evin xanımının onunla təkbətək söhbətində çox maraqlı məqamlara toxunduğunu yazıb.

Aparıcı Rövşanə ANS PRESS-ə açıqlamasında bildirdi ki, Şeyxin ailəsi ilə çox səmimi söhbət olub, onun nəvələri Quran oxuyublar:"Ailəsi, nəvələri ilə söhbət o qədər şirin oldu ki, saatın necə keçdiyinin fərqinə varmadım. Xanımı mənimlə təkbətək söhbətdə çox maraqlı məqamlara toxundu. İlk dəfə şeyx haqqında bəzi sirrləri danışdı. Ailə olduqca səmimi idi".

Şeyxülislam Hacı Allahşükür Paşazadə, Rövşanə Ağasəfqızı və Gülnarə Kərimova

Rövşanə Ağasəfqızının yeni verilişi “Yoldaş Rövşanə”nin növbəti buraxılışında şeyxin ailəsi ilə söhbəti bu bazar 13:10-da efirə gedəcək. Verilişdə ölkənin tanınmış simaları ilə ciddi, maraqlı və ziddiyyətli söhbətlər yer alır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar