ELDAR MAHMUDOVUN EVİNDƏ AXTARIŞ: qutularla dollar, kilolarla brilyant...

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun iqamətgahında və mənzillərində axtarış aparılıb.Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Məlumata görə, E.Mahmudovun Badamdar qəsəbəsindəki şəxsi iqamətgahından 30 karton qutusu dolu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb.

Götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib.

Qeyd edək ki, 2 gün öncə- noyabrın 13-də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus “Avtomobil Dünyası” maşın salonu fəaliyyətini tam dayandırıb. Xatırladaq ki, hafta.az-ın məlumatına görə, 2007-ci ildən fəaliyyətə başlayan və Badamdar qəsəbəsi Qurd Qapısı dairəsinə yaxın ərazidə yerləşən “Avtomobil Dünyası” adlı obyektin Eldar Mahmudova məxsus olduğu təsdiqlənmişdi.

Maşın salonunda qiyməti 300 minə yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Avtosalon “Saba Crash”adı altında fəaliyyətə başlayıb. Bir müddət keçdikdən sonra isə “Crystal”, son günlərə qədər isə “Avtomobil Dünyası” adı altında işləyirdi. Obyekt təkcə avtomobil satışı ilə kifayətlənmirdi. Belə ki, onun alt mərtəbəsində bahalı içki brendlərinin topdansatış mərkəzi olan “Caspian Crystal” dükanı da müştərilərə xidmət göstərib.

“AzPolitika.info”nun məlumatına görə, Azərbaycanda “Range Rover”, “Jaguar”, “Maserati” avtomobillərinin və “Dicati” motesikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də “Caspian Crystal” holdinqə bağlıdır. 2006-cı ildən fəaliyyət göstərən, “Caspian Crystal” şirkətlər qrpunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur. Daha dəqiqi MTN şefi bu holdinqi oğlu üçün yaradb. Eləı “Caspian Crystal” holdinqin İdarə Heyətinin sədri də Anar Eldar oğlu Mahmudovdu. “Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində “Caspian Crystal” plazada yerləşir. Caspian Crystal” bir neçə istiqamətdə ixtisaslaşıb – katerinq, qida, restoranlar və avtomobil satışı. Bu haqda saytımızda məlumat verilib.

Noyabrın 13-də axşam saat 23:00-dan etibarən isə salon boşaldılaraq, 100-dən çox bahalı maşın naməlum istiqamətə aparılıb. Şahidlərin verdiyi xəbərə görə, salonun önünə çoxlu sayda bir neçə maşını eyni anda daşıya biləcək evakuatorlar gətirilib. Maşınlar bu evakuatorlara yüklənərək aparılıb.

Bu və digər məlumatlar Eldar Mahmudovun əmlakının və kapitalının müsadirə olundundan xəbər verir. Yaxınlarda sabiq MTN şefinin həbs olunacağı da istisna deyil. Hər halda proseslərin inkişafı buna doğru gedir.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar