Müsavat Gənclər Təşkilatı parçalanır

Müsavat Gənclər Təşkilatından bəzi üzvlərin çıxarılması bir -neçə gündür ki, partiyanın gündəmindədir.

“Gözləyirdim ki, məni Müsavat Gənclər Təşkilatından çıxaracaqlar. Necə ola bilər ki, seçkidə 100 səs alıb sədr olan Əhliman Abbaslı seçkidən iki həftə sonra 12 nəfər adam tapıb iclas keçirə bilməsin? Müsavat Gənclər Təşkilatı aktiv qurum idi. Ancaq seçkidən sonra təşkilat demək olar ki, fəaliyyət göstərmir.” Bu sözləri İnterpress.az-a Müsavat Gənclər Təşkilatından çıxarılmış Kərim Kərimli deyib. O bildirib ki, Müsavat Gənclər Təşkilatının parçalanması əvvəlcədən planlaşdırılmış bir iş idi. “Əhliman Abbaslının komandasında millətçilərə dırnaq arası baxan gənclər var idi. Ancaq onlar unudurlar ki, müsavatçılığın təməl prinsipi milliyətçilikdir. Müsavat Gənclər Təşkilatından çıxarılsam da partiyada həmişəki kimi aktiv fəaliyyətimi davam etdirməyi düşünürəm. Bizi təşkilatdan çıxarmaqla mübarizə əzmimizi qırmaq mümkün deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar