QHT sədri Müəllimlər İnstitutunun prorektoru təyin edildi

Azərbaycan “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəllili Azərbaycan Müəllimlər İnsitutunun elmi işlər üzrə prorektor vəzifəsinə təyin edilib. ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı Fariz Xəlilli öz "Facebook" hesabında verib.

”Azərbaycan Müəllimlər İnsitutunun rektoru, professor Aqiyə xanım Naxçıvanlıya İnstitutun elmi işlər üzrə prorektor vəzifəsini mənə həvalə etdiyinə görə minnətdarlıq edirəm. Bu İnstitutda qarşılaşdığım səmimiyyət və təmizlik məni hər zaman ruhlandırıb, elm sahəsindən çıxmış olsam da, bir tədris müəssisəsində bu sahənin mənə etibar edilməsindən məmnunam və etimadı doğrultmağa da çalışacağam” - deyə F.Xəlilli bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar