ELDAR MAHMUDOV ƏLİNDƏ SİLAHLA - Nadir foto

Sosial şəbəkələrdə keçmiş nazir Eldar Mahmudovun nadir fotoşəkli yayılıb. Fotoşəkil ADEX-2014 sərgisində çəkilib və “Azeri Defence” jurnalına məxsusdur.

Qeyd edək ki, "ADEX-2014” adı altında Azərbaycanda keçirilən birinci beynəlxalq müdafiə sənayesi sərgisi üç gün davam edib. Sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika və s. daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edib.

Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdiriblər. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Azərbaycan Milli Pavilyonu müdafiə sənayesinin yeniliklərini nümayiş etdirib. Eldar Mahmudov da həmin sərgidə qonaq kimi iştirak edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar