ZAKİR QARALOV MƏHKƏMƏ QARŞISINDA – Elşad Abdullayevin şikayəti

“Zakir Qaralov qanuni vəzifəsini yerinə yetirmək, cinayətkarı ifşa etmək əvəzinə...”

Azərbaycan Beynəlxalq Universitetinin Fransada siyasi mühacirətdə olan keçmiş rektoru Elşad Abdullayevin Azərbaycanın baş prokuroru Zakir Qaralova qarşı iddiası üzrə məhkəmə prosesi başlayır. Bu barədə AzPolitika.info-ya E.Abdullayevin özü məlumat verib.

Məlumatda bildirilir ki, proses yaxın günlərdə Səbail Rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə başlayacaq.

E.Abdullayev Zakir Qaralovu qardaşı Mahir Abdullayevin oğurlanması cinayətinin təşkilatçılarına qarşı tədbir görməməkdə ittiham edir:

"Ölkədə qanunçuluğun təminatı yoxdur. Baş Prokurorluq sanki Prezident Aparatının bir şöbəsi kimi sifariş və göstərişlə fəaliyyət göstərir.

Baş prokuror bu günədək MTN zabiti Mahir Abdullayevin oğurlanması cinayətini ifşa etmək iqtidarında deyildir, mütəşəkkil dəstə qarşısında acizdir, qanunun ona vermiş olduğu müstəsna səlahiyyətdən istifadə edə bilmir. Mənim Baş prokuror Zakir Qaralova yazdığım coxsaylı - 158 şikayətdən birinə də konkret cavab verməyibdir, veribsə də bir-iki başdansovma cümlə ilə cavab veribdir. Bu fakt isə onu təsdiq edir ki, Baş Prokurorluqda inzibati ədliyyə deyilən bir dövlət institutu ləğv edilibdir. O, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı aktual olan hər-hansı bir məsələnin həlli ücün, o cümlədən yüksək səviyyədə vəzifəli şəxs , məmurlar tərəfindən insan hüquqlarının pozulması faktı üzrə heç bir şikayətə baxmayıb, bu kimi şikayətləri həll etməyib və yüksək vəzifəli şəxsə qarşı hər-hansı bir təsir-tədbir görməyibdir. Bizim tərəfimizdən sosial şəbəkələrədə ictimailəşmiş gizli video görüntülərdə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə ifşa olunsa da, hazıra qədər MTN zabiti Mahir Abdullayevin oğurlanmasına görə bir nəfər də cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bu gizli video görüntünün biri kifayətdir ki, MTN zabiti Mahir Abdullayevi oğurlayan mütəşəkkil qrup cinayət məsuliyyətinə cəlb olunsun. Ancaq Baş prokuror Zakir Qaralov qanuni vəzifəsini yerinə yetirmək, cinayətkarı ifşa etmək əvəzinə, əsas cinayətkarı gizlətməklə zərərçəkmişi təzyiq altında saxlamaq məqsədilə zərərçəkmişin əleyhinə saxta fabrikovat olunmuş cinayətlər açır, məmur özbaşınalığı edir.”

E.Abdullayevin yaydığı müraciətdə belə deyilir. Keçmiş rektor daha sonra yazır:

“Zakir Qaralov 10 ildən çoxdur mənim insan hüquqlarımı pozduğuna, mütəşəkkil cinayətkar təşkilata qarşı mübarizədə öz vəzifə borcunu yerinə yetirməkdən qəti şəkildə imtina etdiyinə görə, cinayəti bilə-bilə gizlətdiyinə, vəzifə səlahiyyətini aşdığına görə bizim tərəfimizdən 12 fevral 2014-cü il tarixində məhkəməyə verilibdir.

Təbii ki, müstəqil olmayan, sifarişlə fəaliyyət göstərən məhkəmə hakimiyyəti də 10 ildir mənim iddialarımı təmin etmir. Hazırda şikayətimə məhkəmədə baxılacaqdır, hər birinizi məhkəməyə dəvət edirəm ki, Baş prokuror Zakir Qaralovun fəaliyyətsizliyini təsdiq edən hüquqi faktların mövcud olmasını öz gözlərinizlə görüb şahidi olasınız.”

Daha sonra E.Abdullayev bu şikayətini qanunların konkret müddəlarına istinad etməklə əsaslandırmağa çalışır.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar