VAŞİNQTON-BERLİN-MOSKVA ÜÇBUCAĞI – ABŞ-ın Rusiya siyasətinin yeni aspektləri

Amerika Birləşmiş Ştatlarının1996–cı ildə politoloq Corc Fridman tərəfindən qurulmuş “Stategic Forecasting İnc” (qısaca Stratfor) özəl analitik-təhqiqat şirkəti “Rusiya ilə münasibətdə Amerikan xarici siyasətinin yeni aspektləri” adlı məqalə yayıb. AzPolitika.info mövzunun aktuallığını nəzərə alaraq analitik məqalənin tərcüməsini qısa ixtisarla dərc edir.

Strateji plana görə, “ən mühüm ərazi” uğrundakı mübarizə çox maraqlı dönəmə girib. Bir həftə əvvəl Almaniyanın milli strategiyasında nəzərəçarpacaq irəliləyişlərin olmasını müzakirə etmişdik. Berlin beynəlxalq arenada özünün inadlı hesab olunan gücləndirilmiş yeni siyasi doktrinasını elan edib. Bu irəliləyişlərin baş verməsi Almaniyanın Ukraynaya qarşı artan marağı ilə əlaqədardır. Bu həftə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland özünün telefon danışıqları ilə məşhurlaşdı. Həmin danışıqlarda o, Avropa Birliyinə və onun zəif tərəflərinə qarşı həqarət dolu ifadələr işlədərək, ABŞ-ın Ukraynadakı səfirinə məsləhət görürdü ki, ruslar nələrin baş verdiyini anlamamışdan və buna qarşı xüsusi tədbirlər görməmişdən qabaq cəld hərəkət etmək lazımdır. O, bunun səbəbini avropalıların iştirakı olmadan konkret müxalifət koalisiyasını öz tərəflərinə çəkməklə izah edirdi. Bu hadisənin özünü tamamilə yeni bir məqam hesab etmək olar. Bu məqam Ukraynadakı Amerika siyasətinin yeni şəkildə üzə çıxmasına imkan verdi və eyni zamanda da bizi ABŞ-ın Rusiya və Almaniyaya yönəlmiş strategiyasına başqa cür baxmağa vadar etdi. V.Nulandın telefon danışıqlarını müəyyənləşdirici siyasi məqam adlandırmaq mümkün olmasa da, hər halda bunu amerikan strateji düşüncəsinin indikatoru hesab etmək mümkündür.

ABŞ-ın xarici siyasətindəki son hərəkətlər

Amerikanın xarici siyasəti son illər tədricən öz formasını dəyişir. Əvvəllər ABŞ əsas imkanlarını islam dünyasına tərəf cəmləşdirmişdi. Onlar bu müstəvidə mühüm məsələ kimi öz xarici siyasətlərini həyata keçirmək yolunda güc tətbiq edilməsində görürdülər. Güc tətbiqi dedikdə birbaşa hərbi müdaxilə nəzərdə tutulur ki, bu da məsələlərin həll edilməsi yolunda heç də ən axırıncı vasitə hesab edilməyib. Belə strategiya rəqibin hərbi potensialının məhv edilməsi yolunda müvəffəqiyyətli sayıla bilər. Ancaq ölkənin işğaldan sonrakı dövründə dövlətin xarici və daxili siyasətinin formalaşması istiqamətində hərbi imkanların köməyindən istifadə edilməsi effekt vermir. Bu cür köhnə siyasətin ən yaxşı nümunəsi kimi Liviyanı göstərmək olar. Burada ABŞ birbaşa müdaxiləyə baş vuraraq , aviasiya və xüsusi təyinatlı hərbi dəstələrin köməyi ilə Müəmmar Qəddafini hakimiyyətdən devirdi. Ancaq Qəddafinin yerini tutacaq və onu əvəzləyəcək qüvvənin tapılması hələlik bir nəticə verməyib. Ümumiyyətlə isə hərbi gücün imkanları elə öncədən də həmişə məhdud olur. Bu tip hərbi imkanlardan istifadə etmək siyasətinin alternativı qüvvələrin balanslaşdırılmasına keçiddən ibarətdir. Belə strategiyada ABŞ müxtəlif ölkələrdəki qüvvələrin təbii parçalanmasından və onlar arasındakı ziddiyyətlərdən istifadə edərək regional hegemonların meydana gəlməsinə imkan vermir. Ümumi nəticədə də onların amerikan maraqlarına xələl gətirməsinin qarşısını alır. Köhnə strategiyanın əksinə olan və yeni sayılan strategiyanı Suriyada görmək olar. ABŞ indi birbaşa müdaxilə etmək əvəzinə kənarda dayanaraq ölkə daxilində bir–birlərinə düşmən olan qruplaşmaların döyüşərək güc və enerji sərf etməsinə imkan yaradır. Bu da ilk növbədə taqətdən düşmüş həmin güclərin öz resurslarını amerikan maraqlarının əleyhinə istifadə etməsinə imkan qoymur. Bütün bunların arxasında daha çox motivasiya ilə əlaqədar ABŞ xarici siyasətindəki ziddiyyətlər dayanır. Bir tərəfdən götürdükdə şüurlu surətdə Suriya modelinin tərəfində duranlar var. Onlar bunu mənəvi cəhətdən yaxşı variant olduğuna görə yox, yeganə mümkün variant olduğu üçün qəbul edirlər. İndi şərti olaraq Liviya qrupu adlanan tərəf müdafiəyə çəkilib. İrak hadisələrindən sonra hər hansı bir hərbi müdaxilənin “İrak ssenarisindəki” kimi geniş müharibəyə dönüşməyəcəyini sübut etmək lazımdır. Təcrübə göstərdi ki, bunu həyata keçirmək çox mürəkkəb və çətindir.Ona görə də ABŞ, sakit tərzdə qüvvələrin balanslaşması modelini qəbul edir.

Ukraynadakı geopolitik döyüş

2004-cü ildəki narıncı inqilabdan sonra Rusiya ABŞ üçün problemə çevrildi. Həmin dövrdə Birləşmiş Ştatlar Ukraynadakı anti-Rusiya güclərinə kömək edərək, qərbpərəst hökumətin formalaşmasına nail olmuşdu. Ruslar bu hadisələrdə amerikan kəşfiyyatının əməliyyatı olduğunu görərək, bütün baş verənləri özünə qarşı təhlükə hesab etdi. Bundan başqa onlar narıncı və qızıl gül inqilablarını gələcəkdə Rusiyanın özündə baş verəcək bu tip hadisələrin əsas repetisiyası sayaraq hərəkətə keçməyə başladılar. Onlar cavab olaraq iqtisadi təzyiqlərlə birlikdə əllərindəki gizli vasitələrdən də istifadə etməyə başladılar. Rusiya qazı kəsərək Ukrayna hökumətini zəflətdi. Gürcüstanla müharibədə isə Rusiya öz hərbi qüdrətinin imkanlarını nümayış etdirdi. Rusiyanın hərəkətləri və qərb ölkələrinin Ukraynaya lazımı iqtisadi köməyi göstərməməsi buradakı əhalinin çox hissəsini məyus etdi. Nəticədə rusların qorxusunu azaldan və onların ümüdlərini artıran daha çox ruspərəst olan güvvələr hakimiyyətə gəldı. Belə olan təqdirdə isə zaman içərisində Rusiya öz kartını Suriyada daha effektli oynamaq imkanı qazandı. Bu xüsusdakı işlərin düzəldılməsi yolunda Vaşinqtonun iki variantı var idi.

Birinci variant: Sakitcə kənarda dayanmaqla avropalıların vasitəsilə rusların Ukraynada durdurulmasına imkan yaratmaq.

İkinci variant isə tam passivlik göstərmədən də qüvvələr arasında balans yaratma siyasi modelini tətbiq etmək.

V.Nulandın telefon danışığı təsdiq etdi ki, Avropanın ruslara mane ola biləcək iradəyə və marağa sahib olduğundan ABŞ tam əmin deyil. Ona gorə də belə vəziyyətdə təmiz passiv model işə yaramır. Növbəti gediş isə rusların Yaxın Şərqdəki addımlarının qabağının kəsilməsi oldu. Rusları Yaxın Şərqdən uzaqlaşdırmaq üçün Ukrayna kartından istifadəyə üstünlük verildi. Bu plan mahiyyət etibarı ilə çox təmkinli davranmaq şərti ilə nümayişçilərin müdafiə olunmasını, həm də ki, Ukraynada qərbpərəst və anti-rus hökumətinin yaradılmasını nəzərdə tutur. Amerikanların İranla apardıqları danışıqlar Vaşinqtonu rusların İran kartı vasitəsi ilə oynamaqdan məhrum etmək imkanı versə də, ancaq Suriyadakı hadisələr göstərir ki, Kreml üçün manevr etmək yolunda müəyyən sahələr hələ də qalmaqdadır. İndiki halda Amerika Birləşmiş Ştatları postsovet məkanına hərbi müdaxiləyə hazır deyil. Rusiya əvvəlki kimi dünya gücü sayılmır və onun silahlı qüvvələrinin xeyli çatışmayan tərəfləri var. Ancaq Rusiya regionun ən güclü ölkəsidir və o, öz qüdrətini keçmiş sovet periferiyasına göstərmək imkanına malikdir ki, biz bunun Gürcüstan müharibəsi zamanı əyani şahidi olduq. Hal-hazırda ABŞ ordusunun da bir çox çatışmayan cəhətləri mövcuddur. On ildən artıqdır ki, Amerika ordusu islam dünyasının ortasında döyüşməklə məşğuldur, ancaq bunun keçmiş sovet respublikalarına heç bir aydiyyəti yoxdur. Postsovet məkanını əhatə edən hərbi alyans zəifləyib və onun üzvləri isə müharibə tərəfdarı deyillər. Müharibədən sonra isə mütləq şəkildə ixtisarlar aparılmalıdır ki, bu da öz növbəsində ABŞ-ın döyüş potensialına neqativ təsirini göstərəcək. Birbaşa hərbi müdaxilə, hətta belə bir fikir olarsa da (belə bir şey yoxdur) bu variant deyil. Hərbi gücdəki qüvvələr nisbətinin əhəmiyyəti o zaman önəmli sayılır ki, onun imkanlarından lazımı zamanda, lazımı yerdə istifadə edilmiş olsun. Bu mənada Amerikan ordusu öz vətənindən kənarlaşaraq Rusiya ərazilərinə nə qədər yaxınlaşarsa, rusların üstünlüyü də bir o qədər daha çox artar. Ukraynada bu dəfəki hadisələr zamanı ABŞ, yenə narıncı inqilabdan əvvəl istifadə etdiyi vasitələri işə saldı. Onlar hüquq müdafiəçilərinin fəaliyyət üsullarından istifadə edəcək şəkildə müdaxiləyə baş vurdular. Yanukoviçin Avropa ilə yaxın və sıx əməkdaşlıqdan boyun qaçırması böyük nümayişlərə səbəb oldu. Hökumətin nümayişləri dağıtmaq qərarına qarşı çıxan etirazçılara maliyyə və psixoloji yardım göstərməklə ABŞ, bu məsələdə minimal iştirak edəcək dərəcədə və az riskə girməklə Ukraynadakı rejimin dəyişdirilməsi üçün imkan saxlayıb.

Almaniya ilə münasibətindəki məyyusluq

İlk növbədə elə təsəvvür yaranırdı ki, deyəsən elə məhz almanlar etirazçı müxalifət liderlərindən biri olan Vitaliy Kliçkonu faktiki olaraq idarə edirlər. Elə görünürdü ki, ABŞ sürücü kreslosunu almanlara güzəştə gedib. Berlindən verilən bəyənatlar dünya arenasında daha fəal və inadlı siyasət yürütmək istəyiən alman xarici siyasətinin tarixi dəyişkliyi kimi qəbul olundu. Bu bəyanat həm də ona görə yadda qalandır ki, illər ərzində Almaniya ilə Rusiyanın iqtisadi və strateji məsələlərdə yaxınlaşması təsəvvürü yaranmışdı. Onların hər ikisi də özlərini ABŞ-ın Yaxın Şərqdəki və Cənubi Şərqi Asiyadakı aqressivliyinə qarşı rahatsız hiss etmişdilər. Avropadakı iqtisadi kriz fonunda hər iki ölkəyə də yeni iqtisadi əlaqələr lazım idi. Ona görə də artıq ABŞ–ın qarşısının alınması siyasətinin yürüdülməsinə ehtiyac yaranmışdı. Elə bu səbəbdən də Almanıyanın mövqeyindəki aydın görünən irəliləyişlər tamamilə gözlənilməz idi. Almaniyanın hərəkətlərini hesabdan silmək olmaz. Ancaq onların mənası o qədər də aydın və başadüşülən deyil. V.Nuland telefon danışıqlarında açıq şəkildə bəlli etdi ki, həm Almaniyanı, həm də Kliçkonu inkar edir və onların Ukraynadakı fəaliyyətlərini qəbul etmək istəmir. Bu onun təzahürüdür ki, Amerika Almaniyanın strategiyasını güclü saymır (Berlin Moskva ilə konfrantasiyaya gedərək risk edə bilmz). Bəlkə də almanların özlərinin dedikləri kimi inadlı xarici siyasət aparmaqla amerikanları fəal hərəkət etdirməkdən yayındırmaq istəyirlər. Amma siyasi hadisələrə diqqət etdikdə Almaniyanın nəyi nəzərdə tutduğu anlaşılmır. Bəllidir ki, ABŞ Almaniya və Avropa Birliyindən razı deyil. Məntiqlə yanaşanda belə çıxmalıdır ki, ABŞ Ukraynadakı rejimin əleyhdarlarını Almaniyadan daha çox müdafiə etmək niyyətindədir. Onu demək lazımdır ki, Yanukoviç qanuni seçilmiş prezidentdir, hamının qəbul etdiyi kimi ədalətli keçən seçkilərdə qalib gəlib (Ancaq onun konstitutsiyaya dəyişiklık etməsini və axırıncı parlament seçkilərini ədalətli adlandırmaq çətindir). O öz səlahiyyətləri çərçivəsində hərəkət edərək, Avropa Birliyi ilə müqavilə bağlamaqdan imtina etdi. Əgər nümayişçilər seçilmiş prezidenti öz postundan uzaqlaşdırmağı bacararlarsa, onda konstitusion üsulla idarə etmənin pozulması nümunəsini (presedenti) yaranacaq. Yanukoviç protestləri amansızlıqla yatırtsa da belə, bu onun prezident postuna yenidən seçilməsini ləğv etmir. Qərbpərəst Ukrayna Rusiya üçün böyük strateji problemlər yaradacaq və Rusiyanın Suriya və İran məsələlərindəki rolu kəskin azalacaq. Yeni şərtlər daxilində Moskva imkanlarını Ukraynaya cəmləşdirəcək. Nümayişlərdən istifadə etmək vasitəsi ilə Rusiyaya problem törətməyin özü iki şeyə gətirib çixara bilər.

Birinci, bu ruslar üçün açıq və real strateji mübarizəyə çağrış olar. Nəticədə onlar müdafiəyə çəkilərlər.

İkincisi isə ruslara xatırladılar ki, Vaşinqtonun geniş profilli imkan və variantları mövcuddur və buna görə də Amerika ilə strateji mübarizə aparmaq çətin olacaq.

Amma bütün bunlarla bərabər, belə demək mümkündürsə, bu məsələdə yeganə zəif cəhət ondan ibarətdir ki, deyilən sxem necə işləyəcək.

Əvvəla indi qərbpərəst nümayişçilərin ölkə üzrə çoxluq təşkil etməsi bəlli deyil və rusların Ukraynadakı gizli imkanları amerikanlarınkını üstələyir. Rusların Federal Təhlükəsizlik Xidməti (FSB) və Xarici Kəşfiyyat Xidməti artıq xeyli müddətdir ki, Ukraynada fəaliyyətdədirlər və ukraynalılar haqqında xeyli dosyeyə də malikdirlər. Ümumiyyətlə isə rusların Soçi olimpiadasından sonra öz əsas kartlarını ortaya qoymasını da gözləmək olar. Başqa yandan, hətta amerikanlar bu oyunda uduzsalar belə, onlar yenidən həmin məsələyə qayıdacaqlarını nümayiş etdirəcəklər. Ondan sonra ruslar tez-tez ətrafa boylanaraq gözləyəcəklər ki, gorəsən ABŞ bu dəfə haradan “hücuma” başlayacaq. Rəqibi müdafıə vəziyyətinə keçməyə məcbur etməkdən ötrü ilk zərbənin birinci olaraq heç də güclü hesab ediləcək tərəfdən vurulması mütləq vacib deyil. Opponentə ona vurulacaq zərbənin ən gözlənilməz anda gələ biləcəyini anlaması yetəli sayıla bilər.

Rusiyaya qarşı təzyiq

Əlbəttə ki, mühüm sual ondan ibarətdir ki, ruslar amerikanlara qarşı adekvat cavab hazırlayıblarmı? Əgər hazırlayıblarsa onlar bunu necə həyata keçirə biləcəklər? Müəyyən mənada Suriya Moskvanın gedişi idi və haradasa bunu cavab da adlandırmaq olar. Ümumiyyətlə isə ruslar geri çəkilmək barəsində qərar da verə bilərlər. Bunun üçün xeylı əsaslı səbəblər də var. Onların iqtisadiyyatı yaxşı vəziyyətdə deyil. Gələcək perspektivdə almanların ABŞ-la tam yaxınlaşması görünməsə də, lakin onlardan birdəfəlik qopmaq fikirlərinin olması da yoxdur. Əgər Vaşinqton ciddi şəkildə gücünü qoyub Mərkəzi Avropadakı stavkasını artırarsa rusların müdaxiləsi kəsiləcək. Viktoriya Nulandın telefon danışıqlarının tutulması və aşkarlanması bütün dünyaya Ukrayna məsələsində Almaniyanın deyil, ABŞ-ın əsas rol oynadığını və liderin kim olduğunu göstərdi. Bu həm də ruslara onu da nümayiş etdirdi ki, açıq xətlə danışmağa da hazır olan amerikanlar üçün digərləri xeyli dərəcədə əhəmiyyətsizdir. Ümumiyyətlə isə hazırki vəziyyət onu göstərir ki, ABŞ müharibə etmək istəyindən uzaqdır, ancaq onun passivliyinin də artıq sonu gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar